|
“Böyük Britaniyada zəhərlənən casus Sergey Skripalın işi ilə bağlı şübhəli şəxs olaraq göstərilənlər artıq Rusya hakimiyyətinə məlimdur. Onlaırn hər iksi mülki vətəndaşdır”.
Musavat.com “Radio svoboda”ya istinadən bildirir ki, ki, bu barədə Ruisya prezidenti Vladimir Putinin özü “Şərq iqtisadi forumu”nda çıxış edərkən məlumat verib.
“Biz, əlbəttə ki, həmin adamların kim və nəylə məşğul olduqlarını öyərnmişik. Bəhs edilən vətəndaşlar artıq tapılıb. Burada kriminal heç bir ünsürdən söhbət gedə bilməz”,-Rusiya prezidenti bəyan edib.
Putin şübhəlilərin olanlar haqqında özlərini versiyasını mətbuata danışa biləcəyini söyləyib.
Xatırladaq ki, keçən həftə Böyük Britaniya hüquq mühafizə orqanları Sergey Skripalın Rusiyanın hərbi kəşfiyyatının Aleskandr Petrov və Ruslan Bəşirov kod adlı agentləri tərəfindən zəhərləndiyini bildirmişdi.