|
ABŞ Prezidenti Donald Trampla Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrda görüşü baş tutmayacaq.
Axar.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.
Məlumata görə, Trampın Paşinyan administrasiyasının və ABŞ-dakı erməni lobbisinin aylardır çalışdığı görüşdən imtina etməsinə səbəb rus mütəxəssislərin ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalarına şəxsən Paşinyanın tapşırığı ilə buraxıldığı halda, paritetin gözlənilməməsi olub. Belə ki, Vaşinqtonun analoji şəkildə rus laboratoriyalarına baxış keçirmək tələbini İrəvan hələ də cavabsız qoyub.