|
Ermənistan Baş naziri Nikol Paşinyan mənə ilişdiyinə görə peşman olacaq.
Axar.az xəbər verir ki, bunu “Mediamaks” agentliyinə açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
“Mən siyasi proseslərdən söhbət gedən zaman belə terminlərdən istifadə etməyə adət etməmişəm. Məncə, Nikol Paşinyan mənə ilişdiyinə görə peşman olacaq. Düşünmürəm ki, işimə baxan qorxmuş hakim belə mənə nifrət etdiyinə görə məhkəmə prosesini 01:30-a təyin etmişdi. Mən bilirəm ki, bu kimə lazım idi”, – deyə o bildirib.
Köçəryanın fikrincə, Paşinyan onu özünə təhdid hesab edir.
O, hazırkı hökumətin fərqli geosiyasi prioritetləri olduğunu söyləyib.