Əbdüləziz Əzimi Qədim güneyli milli-mədəni fəal və din xadimidir.

O, Azərbaycan-türk millətinin milli və demokratik hüquqları uğrunda mübarizələr aparıb və dəfələrlə saxlanılıb.

Əbdüləziz Əzimi Qədiminin Güney Azərbaycanın ana dili problemi ilə bağlı Axar.az-a açıqlamasını təqdim edirik:

İranda yaşayan türklərin statistikası

İranda yaşayan etnik qrupların dəqiq statistikası tutulmayıb. 40 milyon rəsmi statistika deyil, təxmini rəqəmdir. İranda türklərin hamısı bir gün dövlətdən ana dilində təhsil tələb edəcəklər, amma buna bir az zaman lazımdır. İran türklərinin bir hissəsi artıq öz ana dillərini unudub, farslaşıblar. Səbəb isə ana dilinin aradan getdiyini gec anlamalarıdır. Sonradan başladılan etirazlardan sonra bir qism türk bu məsələni anladı.

Ana dilinin tələb edilməsi

Media səthində etirazlar ola bilər, lakin yaxın zamanlarda böyük kütlə halında ana dili mövzusunda etirazlar gözlənilmir. Bir gün onlar öz dillərində tədris istəyərlər, ya yox, o ayrı məsələdir. İndi ancaq mədəni fəaliyyət, oyanış və ümid lazımdır. Ümidsizliyi Güney Azərbaycandan qovub əhval-ruhiyyəni bərpa etmək vacibdir. Niyə ziyalılar içində ana dilində dərs oxumaq gərəklidir? Milli hökumətdən bu tərəfə ana dilinin təbliği yalnız ziyalılar arasında yayılıb. İndi isə ziyalılarla yanaşı, xalq arasında yayılır və stadionlarda belə artıq anadilli şüarlar səsləndirilir, ana dili istənilir. Belə bir reaksiya keçmişdə arzu idi, bu qədərini gözləmirdik.

Ayrı-seçkiliyin kökündə yatan səbəblər

Ayrı-seçkilik təbii ki, şovinizmin nəticəsidir. Paniranist farslar qonşularına nisbətən əhalisinin az olduğunu düşünürlər. Baxırlar türklərə, ərəblərə, hindistanlılara, çinlilərə, görürlər ki, böyük xalqlardır. Onlar fars xalqını başqa xalqların hesabına çoxaltmaq istəyirlər. Pəhləvilər hakimiyyətə gəldikdən sonra fars şovinistləri başladılar bu yolda türk yazarlarından da istifadə etməyə. Onlar yazarları Azərbaycan əleyhinə yazılar yazmağa məcbur etdilər.

İndi də həmin şovinistlər ayrı bir libasda Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Paniranistlərin bir qismi farsçılıq və irançılıq naminə bu işi görür, bir qismi isə indiki hakimiyyət üçün çalışırlar, fars dilini təbliğ edir, milli fəalları separatçı qüvvə kimi qələmə verirlər. Hesab edirlər ki, İranda başqa dillər tədris olunsa, fars dili bölgələrdə sıxışdırılacaq.

Quzeydən Güneyə dəstək

Quzey Azərbaycan ziyalılarından xahişimiz odur ki, bizə mədəniyyət sahəsində kömək olsunlar. Uşaq ədəbiyyatında bizə yardım etmələrini istərdik. Əsasən, uşaqların çox sevdiyi cizgi filmlərini Azərbaycan dilində Güney ləhcəsinə çevirib, bizə göndərsələr, çox məmnun olarıq.

22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti