|
Türkiyənin Rusiyaya yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, 2016-cı ildən Türkiyənin Rusiyadakı səfiri vəzifəsini icra edən Hüseyn Diriözü Türkiyə Xarici İşlər Nazirliyinin konsulluq xidmətinin rəhbəri Məhməd Samsar əvəz edəcək.
Bundan əlavə Türkiyənin İspaniya, Braziliya, Avstriya kimi ölkələrə də yeni səfirləri təyin olunub.
Qeyd edək ki, Məhməd Samsar daha əvvəl Türkiyənin Ukraynadakı səfiri vəzifəsində çalışıb