|
Avroviziya-2019 beynəlxalq musiqi yarışması Təl-Əvivdə möhtəşəm keçəcək.
Kult.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Biz Avroviziya-2019-un ölkəmizdə keçirilməsindən dolayı şadıq. Yarışma Təl-Əvivdə baş tutacaq. Təl-Əviv çoxmillətli, canlı şəhərdir və onu bütün dünya görəcək”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, 2019-cu ilin 14, 16 və 18 may tarixlərində Təl-Əvivdə “Avroviziya” yarışması baş tutacaq.