Nikol Paşinyanın son müsahibəsi göstərir ki, o, öz mövqeyində qalır və rəqiblərinə qarşı başlatdığı təzyiqləri azaltmaq niyyətində deyil.

 

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, hazırkı erməni baş nazirinin təzyiq həyata keçirməsi üçün əlində əsasları var. O, Paşinyanın Moskvada səsləndirdiyi əsas sözün “qarışmamaq” olduğunu və bunun birbaşa Kremlə göndərilən tələb olduğunu bildirib.

Trofimçukun fikrincə, Ermənistanla Rusiya arasında problemlər mövcuddur və yeniləri də ortaya çıxacaq:

“Məncə, son aylar iki ölkənin münasibətlərində meydana gələn bütün problemlər həll edilməz olaraq qalır. Paşinyan buna qədər də eyni ruhda çıxış edirdi və Rusiyanı heç bir halda özünün düşməni elan etmirdi. Digər tərəfdən anlamaq lazımdır ki, öncəki hökumətin nümayəndələrinə qarşı repressiyalar Paşinyanın yeganə daxili siyasi resursu olaraq qalır və o, bundan imtina edə bilməz. Belə ki, yaxın zamanlarda erməni vətəndaşları üçün iqtisadi situasiyanın yaxşılaşması mümkün deyil. Moskva indi daha diqqətlə Ermənistanın daxilindəki hadisələri izləyəcək. Məncə, bunu müdaxilə kimi anlamaq olmaz. Belə ki, Ermənistan Rusiya üçün yad ölkə deyil. Əgər Ermənistanda vəziyyət bundan sonra arzuolunan kimi getməsə, bu, təkcə Rusiyaya yox, bütün Avrasiya İttifaqı və KTMT üzvlərinə təsir göstərəcək. Ermənistanla Rusiyanın münasibətləri sizin anladığınız kimi hansısa strateji tərəfdaşlıq yox, nə isə başqa bir şeydir”.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyətdən getməsinə Moskva elə də yüksək həssaslıq göstərməyəcək:

“Əgər Robert Köçəryan yenidən ali dövlət vəzifəsinə gəlmək istəsə, bu, ölkədəki vəziyyəti qeyri-stabil edəcək. Burada vəziyyət Rusiyada Qorbaçovun özünü prezident kimi xalqa təqdim etməsinə bənzəyəcək. Ona görə də Moskva nə qədər istəsə Köçəryanı dəstəkləyə bilər, amma məsələ onda deyil. Məsələ erməni vətəndaşların dəstəklənməsindən gedir ki, onlar da keçmişə qayıtmaq istəmirlər. Moskva Köçəryana qarşı bəslədiyi isti münasibəti heç vaxt Paşinyana qarşı bəsləməyəcək”.

22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti