|
Vaşinqton artıq Suriyada qarşıdurmaya müdaxilə etməyə istəkli deyil, yeni bir hücum olmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı mütəxəssis Vasili Kuznetsov bildirib.
Kuznetsov ABŞ-ın Suriyada mövcudluğunu qorumaq üçün hər şey edəcəyini, ancaq əsas hədəfinin bu ölkə olmadığını vurğulayıb:
"ABŞ üçün Suriya ikinci və hətta üçüncü plana keçir. Əsas narahatçılıqları Sovet İttifaqı dağıldıqdan sonra bu problemin ABŞ-ın iştirakı olmadan həll edilən ilk münaqişə olmasıdır. Böhranın sülh yolu ilə həllini ləngitmək cəhdləri də bundan qaynaqlanır".