|
ABŞ Prezidenti Donald Tramp keçmiş Dövlət katibi Con Kerrini öz Tvitter səhifəsində kəskin tənqid edib.
Axar.az xəbər verir ki, Tramp Kerrinin xarici agent kimi qeydiyyatdan keçməli olduğunu deyib.
“Con Kerri düşmən İran rejimi ilə qeyri-qanuni görüşlər keçirib. Bu, sadəcə, bizim möhtəşəm işimizə, ABŞ xalqına ziyan vura bilər. O, iranlılara deyib ki, Tramp administrasiyası işini bitirənə qədər gözləyin. Maraqlıdır o, xarici agent qeydiyyatı haqqında qanuna uyğun olaraq qeydiyyatdan keçib?”, - o bildirib.
Qeyd edək ki, Kerri 2018-ci ildə bir neçə dəfə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.