![]() |
|
“Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar”.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.
Dövlət başçısı deyib ki, azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra edilir: “Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq hava limanını istifadəyə verməyi planlaşdırırıq”.