|
“Xalqın iradəsi seçkilərin nəticəsini müəyyənləşdirəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mayın 5-də səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.
O, seçkilərin şəffaf keçəcəyinə əminliyini bildirib: “Seçicilər həm də Gəncə və Naxçıvanda səs verə bilərlər. Proses mayın 7-dək davam edəcək”.
Qeyd edək ki, bu gün Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb. Mayın 5-də Bakı vaxtilə səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.
Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilirlər.
Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.