ABŞ dövlət katibi Entoni Blinken: Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər. Azərbaycanla Ermənistan arasında sülh əldə oluna bilər, amma belə danışıqların final mərhələsi həmişə çox çətin olur. Paşinyan Moskvaya gedir, sonra Rusiyada Azərbaycan və Ermənistan XİN-ləri görüşəcək. İyun ayının 1 də isə Moldovada Avropa ölkələrinin növbədi forumunda Əliyev və Paşinyan iştirak edəcəklər - ola bilər ki, o görüşdə çərçivə saziş, hansısa mətn imzalansın. Amma Kreml böyük sülh sazişinə imkan verməyəcək, bu açıq görünür. P.S. Hərdən düşünürəm ki, bizim ulu babalarımız, Altaydan axın edən əcdadlarımız niyə gedib, məsələn, Potruqaliyada, nə bilim e, Alp dağlarında zadda dayanmayıblar, o vaxt Şengen yox, sərhəd yox, viza yox, gedin də o tərəflərə, indiki kimi yaşadığımız coğrafiya, belə də yerləşmə məkanı olar?! Yuxarı tüpürürsən ayının pəncəsinə dəyir, aşağı tüpürürsən şirin quyruğuna. Coğrafiyamız taleyimizdir - məhz buna görə də daha güclü, rifah içində olan azad Dövlət qurmaq boynumuzun borcu, varolma məsələmizdir...