Paşinyanın “1 iyun” hazırlığı: "4 tələb"in hədəfi...Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca Kişinyovda keçiriləcək.

Liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox ikinciyə - iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki müzakirələrə ümid edir. Və bu prosesdə əsas diqqətçəkən məqam erməni baş nazirin “1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” açıqlamasıdır.

İrəvanın sülhdən uzaq tələbləri var:

- “29,8 min kvadratkilomtr ərazisi”nin toxunulmazlığını istəyir: bu, Azərbaycan Ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsi ilə mümkün ola bilər;

- İşğal altındakı 8 kəndin qaytarılmasında problemlər yaradır;

- “Bakı-Xankəndi formatı” ilə Azərbaycan daxilində separatçılığı təşviq edir;

- Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi” üzərindən ərazi iddiasını başqa müstəvidə davam etdirir.

Bu fikir ayrılıqları Vaşinqton görüşündə həll olunmadı. O zaman sual yaranır: Nikol “1 iyun tarixində sülh müqaviləsinin imzalanmasına” niyə ümid edir?

Əslində İrəvanın irəli sürdüyü bu tələblər və dörd gün davam edən Vaşinqton danışıqlarında geri çəkilməməsi “1 iyun” planına hesablanmış gedişdir. Bu tarixdə Kişinyovda “dördtərəfli görüş” – Azərbaycan və Ermənistan liderləri, Fransa prezidenti və Almaniya kansleri – keçiriləcək.

Qərb cəbhəsində Vaşinqton və Brüssel formatı sərhəd və kommunikasiyanın hansı prinsiplərlə açılması məsələsində tam istəyimizə uyğun olmasa da, Qarabağ məsələsində böyük ölçüdə Bakının gündəliyini qəbul edir. Fransa isə Vaşinqton və Brüssel formatına alternativ olaraq, özünün təşəbbüskar olduğu prosesin önə çıxmasına çalışır:

- Bu, Parisə Cənubi Qafqazda regional, Avropada geosiyasi mübarizədə güc mərkəzi olaraq qəbul edilmək hədəfi üçün lazımdır: Makron Şarl Mişelin qurduğu Brüssel formatını ələ keçirməyə çalışsa da, baş tutmadı, nəticədə Rusiya qarşısında alternativ formatın arxa plana keçməsi riskini yaratdı, Vaşinqtonun oyuna birbaşa müdaxiləsi də bundan qaynaqlanır; bu baxımdan, Fransa ayrı masa qurmaq istəyindən əl çəkmir;

- Bu, Qərb platformasında sərhəd və kommunikasiya məsələsində istəyini müəyyən qədər qəbul etdirən İravana Qarabağ planının da nəzərə alınması üçün lazımdır: ötən il Praqada keçirilən “dördtərəfli görüş”də Ermənistan Fransanın dəstəyi ilə “sərhədin SSRİ dağılanda mövcud olan xətlərlə müəyyənləşməsi” mövqeyini nəzəri olaraq qəbul edilməsinə nail oldu; iyunun 1-də yenə Fransanın dəstəyi ilə Qarabağa dair mövqeyinin qəbul edilməsinə çalışacaq.

Bu kimi məsələlər bölgədə praktiki olaraq heç nəyi dəyişdirə bilməsə də, İrəvan ən azı diplomatik masada əlini gücləndirmək üçün bütün imkanlardan istifadə edir. Hərçənd, Bakının buna imkan verməyəcəyi də bəllidir:

- Ötən il Praqada “dördtərəfli görüş”də Paşinyan “sərhəd” məsələsində nəzəri olaraq önə çıxsa da, Əliyev ərazi bütövlüyünün tanınmasına nail oldu;

- Ötən il Makronun Praqada “əsas vasitəçi” olmaq planını Mişelin masada iştirakı ilə pozan Bakı Kişinyovda Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Fransaya alternativ irəli sürür: Kişinyovda görüş təklifini Bakıya Fransanın xarici işlər naziri gətirmişdi, istisna deyil ki, Əliyev bu görüşə Şoltsun da iştirakı şərti ilə razılaşıb.

Bunun fonunda Kişinyov görüşünə qədər liderlərin Brüsseldə bir araya gəlməsi Mişelin müəllifi olduğu formatı davam etdirmək istəyi ilə yanaşı, Bakının maraqlarına da uyğundur, çünki Qərb platformasında Qarabağın Azərbaycanın daxili məsələsi olduğu bu formatda qəbul olunub və eyni mövqeyin növbəti görüşdə də sərgiləcəyi şübhəsizdir. Bu həm də Bakı üçün Kişinyova daha güclü mövqe ilə getməyə imkan verəcək.

Ümumi fonda bütün bu görüşlərin nə sülh müqaviləsinin imzalanmasına, nə də bölgədəki proseslərə praktiki olaraq təsir etmədiyi aydın görünür. Bu baxımdan, diplomatik masada müzakirələrin getdiyi vaxt Qarabağda praktiki addımlarla prosesi tamamlamaq ən doğru variantdır. Ki, Laçına post quran Bakının da bu prinsip üzərindən hərəkət etdiyi görünür.
29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti