|
“Azərbaycanın işğaldan azad etdiyi Qarabağın göz bəbəyi olan Şuşada Türk dünyasının mədəniyyət paytaxtı fəaliyyətlərinə start verilib”.
Bu barədə “Haber Global” videosüjet hazırlayıb.
“Erməni işğalının izlərinin silindiyi şəhərdə tarix və mədəniyyət yenidən canlanır. İndi Şuşadan silah səsləri və mina partlayışlarının əvəzinə türk dünyasının xalq mahnılarının səsləri ucalır”, - deyə süjetdə qeyd edilib.
“Tədbir çərçivəsində türk dünyası mətbəxindən müxtəlif ləzzətlər təqdim olunub. Bursa Böyükşəhər Bələdiyyəsinin qurduğu stenddə türk mətbəxi təqdim edilib”, - deyə bildirilib.
Süjetdə xatırladılıb ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” adı Bursadan Azərbaycan mədəniyyət və incəsənətinin ən mühüm mərkəzlərindən biri olan Şuşaya verilib.
Daha ətraflı videsüjetdə: