Birinci variant odur ki, rəsmi İrəvan Kreml ilə anlaşaraq, bu təxribatı törədib, ancaq növbəti erməni xəyanəti məkrli ssenarini məhz Rusiyaya qarşı çevirib, indi Qərb bundan rus sülhməramlıların hədəfə alınması üçün istifadə edir... Digər varianta görəsə, Qərb siyasi dairələri bu erməni təxribatını ssenariləşdirməklə, yalnız Azərbaycanı hədəfə almaq deyil, həm də məhz Laçın postu ətrafında Rusiya ilə yeni geopolitik qarşıdurmanın yaradılması məqsədi güdüblər...

Cənubi Qafqazda geopolitik gərginlik son həddə qədər yüksəlib. Belə ki, Rusiyanın sülh prosesinə növbəti müdaxiləsindən sonra Azərbaycan-Ermənistan qarşıdurması intensiv inkişaf mərhələsinə keçirilmiş kimi görünür. Və belə davam edərsə, regional sülh prosesinin müsbət nəticə verə biləcəyinə şübhələr daha da artmağa başlayacaq.

Təbii ki, Cənubi Qafqazda situasiyanın belə istiqamətlər alması Kremlin maraqlarına tamamilə cavab verir. Belə ki, Kreml Azərbaycan-Ermənistan yekun sülh sazişini Rusiyanın geopolitik maraqlarına əsas təhlükə hesab edir. Ona görə də, Rusiya sülh sazişini bloklaya biləcək istənilən faktordan maksimum səviyyədə yararlanmağa can atır.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın başlatdığı “humanitar yük” avantürası ətrafında yaranmış vəziyyət müəyyən mənada, ziddiyyətli məqamlarla diqqəti çəkir. Çünki, Paşinyan hakimiyyətinin bu avantürasının arxasında kimin dayandığını tam dəqiqliyi ilə müəyyən etmək böyük önəm daşıyır. Və yalnız bu halda, Cənubi Qafqazda növbəti dəfə “suyu bulandıran” geopolitik oyunçunun ünvanını tapmaq mümkün ola bilər.

Onu da qeyd etmək lazımdır ki, hələlik Ermənistan üçün bu avantüranın ssenarisinin Rusiyada və yaxud Qərbdə hazırlandığını birmənalı şəkildə iddia etmək bir qədər çətindir. Hər halda, xeyli əvvəldən hazırlandığı artıq qətiyyən şübhə doğurmayan bu “geopolitik oyun”da qaranlıq məqamlar kifayət qədərdir. Və bu məkrli oyunda Ermənistanın təkbaşına olmadığı, əksinə, sadəcə, “geopolitik alət” rolunu oynadığı da qətiyyən şübhə doğurmur.

Əvvəlcə onu qeyd edək ki, bu avantüranın ssenari müəliffləri onun mümkün nəticələrini də təxmini olaraq, hesablamamış deyillər. Hər halda, onlar əvvəlcədən tam dəqiqliyi ilə bilirdilər ki, rəsmi Bakı Ermənistanın göndərdiyi “19 TIR humanitar yük”ün Azərbaycan ərazisinə məhz Laçın nəzarət-buraxılış məntəqsindən keçirilməsinə qətiyyən imkan verməyəcək.

Ən azından ona görə ki, Ermənistan bu addımı atarkən, rəsmi Bakıdan heç bir razılıq almayıb. Rəsmi Bakı isə Azərbaycanın beynəlxalq hüquqla təsbit edilən suveren haqlarını güzəştə getməz. Və rəsmi Bakı Azərbaycanın sərhədlərinin toxunulmazlığı prinsipini haqlı olaraq, dövlətin “qırmızı cizgisi” hesab edir.

Ona görə də, hesab etmək olar ki, bu avantürada əsas hədəf Azərbaycan olsa da, ssenari müəlliflərinin digər qaranlıq niyyətlərinin ola biləcəyi də qətiyyən istisna deyil. Əsas məqamlardan birisi ondan ibarətdir ki, Paşinyan hakimiyyəti bu avantüraya məhz xarici işlər nazirlərinin Moskva görüşündən dərhal sonra start verib. Və bu, ssenari müəllifi kimi, əsas şübhələri məhz Rusiyanın üzərində indeksləşdirir.

Məsələ ondadır ki, Rusiya üçün regional sülh prosesini təhlükə altına sala biləcək belə avantüralar tamamilə sərfəlidir. Digər tərəfdən, Kreml də rəsmi Bakının Laçın postunu yaratmasından ciddi şəkildə narazıdır. Çünki Azərbaycanın bu addımı rus sülhməramlıların səlahiyyətlərini və fəaliyyət məkanını məhdudlaşdırıb. Və indi rus sülhməramlılar Laçın yolu üzrə fəaliyyətini məhz rəsmi Bakı ilə razılaşdırmaq məcburiyyətində qalıb.

Yəni, Kreml üçün Laçın yolunun yenidən rus sülhməramlıların nəzarətsiz hərəkət marşrutuna çevrilməsi baxımından, bu avantüra son ümidlərdən biri ola bilər. Üstəlik, son hadisələr baş verməzdən öncə Kremlin Laçın yolu ilə bağlı “qırmızı cizgiləri” aşan açıqlamaları da olmuşdu. Və bu baxımdan, əsas ssenari müəllifinin Rusiya ola biləcəyini düşünmək üçün müəyyən məqamlar hər halda, mövcuddur.

Ancaq erməni təxribatının indiki halda, həm də Rusiyaya zərbə vurduğu da inkaredilməz reallıqdır. Belə ki, Kreml üçtərəfli anlaşmalarda iştirakçı tərəfdir. Ona görə də Ermənistanın Paşinyan hakimiyyətinə birbaşa bağlı media resursları Rusiya sülhməramlı qüvvələrini açıq şəkildə hədəfə çıxarırlar. Və Rusiyanı “humanitar yükü” ünvana çatdıra bilmədiyinə görə ittiham edirlər.

Məsələ ondadır ki, erməni mediası “humanitar yük”ün məhz rus sülhməramlıların vasitəçiliyi ilə Azərbaycanın Qarabağ regionuna çatdırılması barədə razılığın olduğunu iddia edirlər. Bununla da rəsmi İrəvan öz nəzarətində olan media qurumları üzərindən Rusiyanı razılaşmanı yerinə yetirməməkdə suçlayır. Kreml isə Rusiyanın açıq şəkildə günahkar durumuna salınmasından qətiyyən məmnun deyil. Ona görə də, Kremlə yaxın rus siyasi dairələr Rusiya ilə bu barədə heç bir razılaşmanın olmadığını, hətta danışıqların belə, aparılmadığını vurğulayırlar.

Göründüyü kimi, olduqca qaranlıq məqamdır. İndiki situasiyada iki tərəfdən birinin – ya Ermənistanın, ya da Rusiyanın yalan məlumatlar yaydığı qətiyyən şübhə doğurmur. Belə də ola bilər ki, Kreml və rəsmi İrəvan ortaq şəkildə bu təxribatı ssenariləşdiriblər, onun baş tutacağına hətta əmin olublar. Ancaq rəsmi Bakının prinsipial mövqeyindən sonra anlaşma pozulub, nəticədə bir-birini ittiham etmək məcburiyyətində qalıblar.

Ancaq bu erməni təxribatının arxasında daha bir variantın ola biləcəyi də istisna deyil. Belə ki, erməni təxribatının ilk anlarından etibarən Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası (əslindəsə, kəşfiyyat dəstəsi) tərəfindən bu avantüranı təqib etməsi də olduqca şübhəli məqamdır. Bunun ardınca rəsmi İrəvanın istəyi ilə Ermənistandakı Qərb ölkələrinin səfirlərinin sərhəd bölgəsinə səfər etmələri də bu avantüranın arxasından məhz Qərbdəki bəzi ermənipərəst dairələrin də ola biləcəyini göstərir. Və bu baxımdan, təxribatın ssenari müəlliflərinin ən yaxın vaxtlarda ifşa olunacaqları qətiyyən şübhə doğurmur.

Hələliksə, mövcud “qaranlıq məqamlara” dayanaraq, iki variantı daha inandırıcı hesab etmək olar. Birinci variant odur ki, rəsmi İrəvan Rusiya ilə anlaşaraq, bu təxribatı törədib. Ancaq sonra Paşinyan hakimiyyətinin xəyanət vərdişləri Kremli çətin vəziyyətə salıb və təxribat ssenarisi Rusiyaya qarşı çevrilib. Yəni, Qərb bu təxribatdan hazırda rus sülhməramlıların hədəfə alınması üçün istifadə edir.

Digər variant isə ondan ibarətdir ki, Qərbdəki siyasi dairələr erməni təxribatını ssenariləşdirməklə, məhz Laçın postu ətrafında Rusiya ilə yeni qarşıdurmanın yaradılması məqsədi güdüblər. Son hadisələri nəzərə aldıqda, hesab etmək olar ki, hazırda Laçın postu ətrafında həqiqətən də Rusiya-Qərb qarşıdurması artan xətt üzrə inkişaf edir.

Müəyyən haqsız ittihamlarla üzləşsə də, rəsmi Bakı öz prinsipial mövqeyini məhz beynəlxalq hüquq normaları ilə arqumentləşdirərək, hələlik bu qarşıdurmanı fəal şəkildə müşahidə edir. Və bu baxımdan, rəsmi Bakı Rusiya-Qərb qarşıdurmasının intensivləşməsinə əngəl törətməyərək, Ermənistanı növbəti uğursuzluğa doğru sürükləyir.(Yeni Müsavat)

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti