Ermənistan-Azərbaycan münaqişəsi böyük regional müharibəyə çevrilə bilər - Görünəni odur ki...Ermənistan Rusiya əvəzinə Hindistandan silah almağa başlayıb. Bu barədə “The Moscow Times” yazır.

Hindistan İran ərazisindən keçməklə Ermənistana silah və sursat daşınmasına start verib. KİV-in məlumatına görə, iyulun 26-da Nurduz sərhəd-keçid məntəqəsindən silah və döyüş sursatı olan karvan keçib. İlkin olaraq yük İranın Ərəb körfəzindəki Bəndər-Abbas limanına çatdırılıb, daha sonra isə Ermənistana gedib.

Hindistandan Ermənistana silah tədarükü son bir ildə iki ölkənin hərbi nümayəndələri arasında fəal görüşlərin nəticəsi olub. Mart ayında Ermənistanın müdafiə naziri Suren Papikyan bildirmişdi ki, son bir il ərzində ölkənin silahlı qüvvələri xeyli miqdarda yeni silah alıb: minaatanlar, zenit-raket kompleksləri, tank əleyhinə qurğular, pilotsuz uçuş aparatları, həmçinin minalardan təmizləmə üçün avadanlıqlar, rabitə və gecə müşahidə qurğuları.

Ermənistan hakimiyyəti 2023-cü ildə müdafiə büdcəsinin 46% artıraraq, 1,3 milyard dollara çatdırıb. İyulun 26-da baş nazir Nikol Paşinyan Müdafiə Nazirliyinə əlavə olaraq 6,5 milyon dollar ayrılması barədə göstəriş verib.

Hindistan Rusiyanı Ermənistanın ən böyük silah tədarükçüsü qismində əvəz etməyə çalışır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesablamalarına görə, Rusiya 2011-2020-ci illərdə Ermənistana ən böyük silah ixracatçısı olub və bu müddət ərzində ölkə ordusunun demək olar ki, bütün əsas silahlarını təmin edib. Ukraynada müharibə başlayandan sonra Ermənistana silah çatdırılması da dayandırılıb.

Ermənistan may ayında Rusiyanın silah ixracı müqavilələrini pozmaqda davam etməsindən şikayətlənib. Rusiyadan sifariş edilən S-400 sistemlərini almayan Hindistanın ardınca Ermənistan hakimiyyəti də Rusiyanın öhdəliklərini yerinə yetirmədiyini açıqlayıb.

Bəs Hindistanın Ermənistanı silahla təchiz etməyə başlaması Cənubi Qafqazda sabitlik üçün nə dərəcədə ciddi təhlükədir? Bu hansı nəticələrə səbəb ola bilər? Və bütün istəyinə baxmayaraq silahlanmada Azərbaycan və Türkiyə ilə paritet əldə etməsinin mümkün olmadığını dəqiq başa düşsə də, bütün bunlar İrəvanın ümumiyyətlə nəyinə lazımdır?

DİA.AZ-ın məlumatına görə, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov Press Kluba açıqlamasında bildirib ki, Ermənistanın 2023-cü ildə hərbi büdcəsini 46% artırması faktı onun sülh istədiyini, problemin dinc yolla həllində maraqlı olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ona qarşı ərazi iddialarından əl çəkdiyini iddia edənlərə cavab olmalıdır.

Çıraqov təəssüflə deyir ki, Azərbaycan və Ermənistan arasında vasitəçi olduqlarını iddia edənlər Ermənistanın etməyə çalışdıqlarına məhəl qoymurlar. “Ermənilər bir tərəfdən danışıqlar prosesini ləngitmək və hamını sülh prosesinin əsas gündəliyindən yayındırmaq üçün hər şeyi edirlər, digər tərəfdən isə bu vaxtdan istifadə edərək yeni silahlar almağa və onları silahlı qüvvələrinə inteqrasiya etməyə tələsirlər. Ermənistanın istəyi çox sadədir – minimum məqsəd olaraq diqqətdən kənarda qalmaq. Maksimum məqsəd isə 2020-ci ildən sonra yaranmış reallığı tamamilə dəyişdirə bilsələr, danışıqlarda mövqelərini gücləndirmək və Azərbaycanı mümkün qədər sıxışdırmaqdır”, – deyə tədqiqatçı bildirir.

“Təəssüf ki, Hindistan regiondakı potensial strateji maraqlarını düzgün hesablamır. Mən onların Ermənistana xalis maliyyə qazancı kimi silah satmasına başqa heç bir əsas tapa bilmirəm. Ermənistan Hindistan üçün strateji faydalı ola bilməz, çıxılmaz vəziyyətdə olan ölkədir, onun dəmir yolları Avrasiyada Cənub-Şimal layihəsində strateji baxımdan yaxın gələcəkdə Hindistana faydalı ola bilməyəcək. Azərbaycanın dəmir yolu və nəqliyyat infrastrukturu artıq işləyir və heç bir böyük sərmayə qoymadan Şimal-Cənub layihəsinin yüklərini daşıya bilir. Silah satışına təkcə nə qədər qazana biləcəyiniz prizmasından deyil, həm də strateji maraqlar prizmasından baxmaq lazımdır. Sadəcə olaraq, Azərbaycan və Ermənistanla ticarət dövriyyəsinə, onun ötən il nə qədər artdığına və gələcəkdə hansı potensiala malik ola biləcəyinə baxmaq lazımdır. Düşünürəm ki, gec-tez Hindistan öz səhvini anlayacaq, lakin Ermənistana silah satması faktı münasibətlərə mənfi təsir göstərəcək və onlar bunu düzəltməli olacaqlar.

Silahların İran ərazisindən ötürülməsi heç kimi təəccübləndirmir. Onlar buna icazə verməsəydilər, təəccüblənərdik”, – Çıraqov yekunlaşdırıb.

Hərbi-siyasi elmlər doktoru, professor Vaxtanq Maisayın (Gürcüstan) sözlərinə görə, bölgəmizdə bir növ silahlanma yarışı başlayıb.

“Hesab edirəm ki, Ermənistan, İran və Hindistandan ibarət qeyri-rəsmi olsa da, yeni hərbi-siyasi blokun yaranması tendensiyası var. Bu mümkündür. Silah xərclərinin artması ilə bağlı yuxarıdakı statistik məlumatlar onu göstərir ki, İrəvan hansısa yolla geostrateji manevr etmək və müttəfiqlərini dəyişmək niyyətindədir. Yəni, Rusiya əvvəlki illərdə göstərdiyi bütün mövqe dəyişikliklərinə baxmayaraq, yenə də Ermənistanın strateji tərəfdaşı olaraq qalacaq. Lakin hesab edirəm ki, eyni zamanda yeni hərbi-siyasi blokun xüsusiyyətləri də ortaya çıxacaq ki, bu da Rusiyanın yeni Şimal-Cənub geoiqtisadi layihəsinin həyata keçirilməsi ilə şübhəli şəkildə eyniləşir. Orada da bu dövlətlərdən dördünün də adı var – Rusiya, Ermənistan, İran, Hindistan”, – professor deyir.

O, Paşinyanın hiylə işlətdiyini, hazırkı rəqiblərini aldatmaq, onların sayıqlığını birtəhər kütləşdirmək istədiyini düşünür. “Hazırda Hindistandan gələn silahların tədarükü Şimal-Cənub layihəsinin həyata keçirilməsi ilə üst-üstə düşür. Moskva üçün bu planın potensialı Çin üçün “Bir kəmər – bir yol”un potensialı ilə eynidir. Düşünürəm ki, Hindistan Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşmaqda olan hərbi müttəfiqlik əlaqələrini nəzərə alaraq, bütün bunlarda iştirakını güc balansı yaratmaq zərurəti kimi görür. Regionda hərbiləşmə yaxşı heç nəyə gətirib çıxarmayacaq. Axı buna cavab olaraq Azərbaycan və Türkiyə də hərbi qüdrətlərini gücləndirmək üçün tədbirlər görür. Düşünürəm ki, iki belə blokun qarşıdurması qısa müddətdə ehtirasların qızışmasına gətirib çıxara bilər ki, bu da fərqli səviyyəli münaqişənin – regional müharibənin başlaması ilə nəticələnə bilər”, – Maisaya xəbərdarlıq edir.

“Eyni zamanda, Ermənistanın silahlanmaq cəhdləri həqiqətən onu deməyə əsas verir ki, İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirmək, “əzələlərini möhkəmlətmək”, nəfəsini dərmək və gərginliyin yeni mərhələsini başlamaq istəyir. Və biz burada İranla Azərbaycan arasında çətin adlandırıla bilən münasibətlər amilini də nəzərə almalıyıq”, – deyə elmlər doktoru yekunlaşdırıb.
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Xəbər lenti