Başı Ermənistana qarışan Fransa... - GƏLİŞMƏFransa Ermənistanın və Qarabağ separatçılarının dərdini çəkərkən, Afrika qitəsini itirmək üzrədir. Afrika ölkələrinin bir qismi 1960-cı illərə qədər Fransanın müstəmləkələri olub. Bu ölkələr o illərdə müstəqillliklərini qazansalar da, Fransa sonrakı mərhələdə yatırımlarla Afrika ölkələrinin bir qismini nəzarətdə saxlamağa çalışıb. Ancaq son illər Afrika ölkələri Fransa ilə siyasi, iqtisadi və hərbi əlaqələrdən imtina etməyə başlayıblar. Bir neçə il əvvəl Malidə və Burkino-Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə əlaqələri miminuma endiriblər. Bu ölkələrdə Fransa televiziya kanallarının yayımı qadağan edilib.

Nigerdəki hərbi çevriliş Fransaya növbəti zərbədir. Çünki Paris Nigeri Afrikada ən yaxın tərəfdaşı sayırdı. Ancaq bu ölkədə də hərbçilər prezidenti devirdikdən sonra Fransa əleyhinə fikirlər söyləməyə başlayıblar. Hərbçilər və onlara dəstək verənlər Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyirlər. Fransanın Nigerdə təxminən min nəfərlik hərbçi heyəti var. Nigerdə avqustun 3-də Fransız dili rəsmi dil statusundan məhrum edilib. Niger dünyada uran istehsalının həcminə görə yeddinci, Afrikada isə ikinci ölkədir. Fransa urana ehtiyacı olan əsas Avropa ölkəsidir. Nigerin itkisi Fransa üçün daha ağrılıdır. Çünki Niger Avropa İttifaqını, o cümlədən Fransanı uranla təmin edən 3 ölkədən (digər ikisi Kanada və Qazaxıstandır) biridir.

Fransada elektrik enerjisinin 75 faizi ölkədəki atom elektrik stansiyalarından əldə edilir. Uran olmadan bu stansiyalar çalışa bilməz. Fransa hökuməti iki illik uran ehtiyatına malik olduğunu açıqlayıb. Ancaq Niiger əldən çıxarsa Fransa başqa ölkədən uran idxal etmək məcburiyyətində qalacaq. Problem yalnız uranla da bağlı deyil. Fransanın Afrikada itirdiyi ölkələr Rusiya və Çinlə əməkdaşlığa üstünlük verirlər. Fransa qara qitədə sürətlə nüfuzunu itirməkdədir. Makronun Cənubi Qafqaz siyasəti bərbad olduğu kimi Afrika siyasəti də uğursuzdur. Fransa Afrikadakı yerdə qalan tərəfdaşlarını Nigerə qarşı sərt mövqe sərgilməyə çalışır. Belələri var, ancaq Mali və Burkino Fası Nigerə qarşı hərbi əməliyyatın əleyhinədir.

Azər Fikrətoğlu
16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti