Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

Yol-xeber.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xalq artisti Rasim Balayev ilə söhbət edib. 

Rasim Balayev: Salaməleyküm.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Rasim Balayev: Mənim bir arzum var idi ki, Qarabağdan sonra, işlərinizdən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu.

Prezident İlham Əliyev: Sağ olun. Sizi ilk növbədə yubileyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Rasim Balayev: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam.

Rasim Balayev: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir. Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.

Mən sizi ürəkdən təbrik etmək, sizə cansağlığı, uzun ömür arzulamaq istəyirəm. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, həm sovet dövründə bir çox mükafatlarla təltif olunmusunuz...

Rasim Balayev: Rəhmətlik Ulu Öndərimiz 50 yaşımdan həmişə mənim qayğıma qalıb.

Prezident İlham Əliyev: Bəli, elədir.

Rasim Balayev: Bunu da Siz davam etdirirsiniz.

Prezident İlham Əliyev: Qeyd etdiyiniz kimi, müstəqillik dövründə də 50 illik yubileyinizdə sizi “Şöhrət” ordeni ilə təltif etmişdir.

Rasim Balayev: Siz isə “Şərəf” ordeni.

Prezident İlham Əliyev: Bəli, mən “Şərəf” ordeni ilə. Bu yubiley ərəfəsində də siz yüksək ordenimiz olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Sizi bir daha təbrik edirəm.

Rasim Balayev: Təşəkkür edirəm, cənab Prezident. Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.

Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək.

Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var. Ad gününüzü rayonlarda, Qarabağda camaatla birlikdə qeyd edirsiniz.

Prezident İlham Əliyev: Bəli, sağ olun.

Rasim Balayev: Bütün bunları hamı, millət görür. Mən Sizə bu yolda uğurlar diləyirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Rasim Balayev: Yenə də deyirəm, cənab Prezident, biz Sizə borcluyuq. Sizə və xalqımıza borcluyuq ki, bu gözəl, möhtəşəm Qələbəni biz kino vasitəsilə vəsf etməliyik. Çünki Qələbə, müharibədəki qəhrəmanlıqlar, orada iştirak edən qazilərin fədakarlığı hər yerdə göstərilməlidir. Mən bir-iki dəfə Şuşaya getmişəm, inanın gözlərim yaşarıb. Çünki mən 1986-cı ildə də getmişdim, orada İsa bulağının yanında ailəvi şəkil çəkdirmişdik. Sonra da 2021-ci ildə getdim. Bu xoşbəxtliyi bizə Siz bəxş etmisiniz. Siz deyirdiniz ki, bizim güclü Ordumuz var, mən nəyin və nə vaxt olacağını yaxşı bilirəm. Siz, nəhayət, bu uğuru gətirdiniz. Xalq Sizi çox sevir.

Prezident İlham Əliyev: Çox sağ olun, Rasim müəllim.

Rasim Balayev: Biz həmişə dövlətimizin, dövlətçiliyimizin arxasındayıq və gələcək işlərimizdə Sizin bu diqqətinizə layiq olmağa çalışacağıq. Mən inanıram ki, Sizin və xalqımızın sevdiyi filmləri yenidən çəkəcəyik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Dövlətimizin başçısı “İstiqlal” ordenini Rasim Balayevə təqdim edib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti