Əgər, Laçın postu ilə bağlı BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına uyğun qərar veriləcəksə, deməli, Ermənistanın absurd və məntiqsiz iddiası istənilən halda, geri çevrilməlidir... Yox əgər, Təhlükəsizlik Şurası rəsmi İrəvanın tələbini dəstəkləyərsə, bu, beynəlxalq hüquq normalarının, o cümlədən də, BMT Nizamnaməsinin kobud şəkildə pozulması anlamına gələcək və bu qurumun gələcək taleyi böyük risk altına düşəcək...
BMT-nin gələcək taleyi böyük risk altındadır. Bu nüfuzlu beynəlxalq qurumun müasir dövrün tələblərinə cavab verib-vermədiyi hazırda ciddi şübhə altındadır. Ona görə də, indi bu məsələ müxtəlif beynəlxalq platformalarda geniş şəkildə müzakirə olunmaqdadır. Və BMT-nin öz funksiyalarını, o cümlədən də tarixi-siyasi missiyasını yerinə yetirə bilmədiyi artıq qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, BMT-nin fəaliyyətinin müasir dövrün tələblərinə cavab vermədiyi barədə indiyə qədər bir çox arqumentlər gündəmə gətirilib. Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də ciddi islahatlara ehtiyac olduğunu vurğulayıb. Üstəlik, “Dünya beşdən böyükdür” tezisi də məhz Türkiyə liderinə aiddir.

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu tezisi məntiqlidir və mövcud situasiyanı tamamilə əks etdirir. Çünki BMT-nin əsas qərarverici qurumu olan Təhlükəsizlik Şurası cəmisi beş dövlətin nəzarəti altındadır. Həmin beş dövlət – ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasında istənilən qərara veto qoymaq hüququna sahibdirlər.

Təbii ki, bu, BMT Təhlükəsizlik Şurasının fəaliyyəti qarşısında dayanan ən böyük ədalətsizlik faktorudur. Çünki həmin beş ölkə öz milli maraqlarına uyğun gəlməyən istənilən qərara veto qoymaqla, BMT Təhlükəsizlik Şurasında ədalətli qərarlara əngəl ola bilirlər. Yəni, BMT də, bu qurumdan ədalət gözləyən dünyanın digər dövlətləri də əslində, müəyyən mənada, veto hüquqlu beş ölkənin - ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransanın milli maraqlarının girovuna çevrilmiş durumdadır.

Bu səbəbdən, BMT-nin Təhlükəsizlik Şurasında istənilən problemin müzakirəsi veto hüququ olan beş ölkə arasında nüfuz savaşına qədər inkişaf edə bilir. Ümumilikdəsə, bu beş ölkə dünyanı öz bildikləri kimi idarə etməyə çalışırlar, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqları haldasa, BMT Təhlükəsizlik Şurasında heç bir sanksiya ilə üzləşmirlər.

Buna ən ciddi örnəklərdən biri kimi, məhz Fransanın müstəmləkəçi siyasətini göstərmək olar. Belə ki, BMT-nin Nizamnaməsi müasir dünyada müstəmləkəçiliyi, xalqların başqa ölkələr tərəfindən istismarını qadağan edir. Halbuki Fransa müasir dünyada öz müstəmləkəçilik ənənələrini davam etdirən ölkələri arasında ön sıralarda yer alır.

Məsələ ondadır ki, rəsmi Paris hələ də Afrika qitəsində yerli xalqların istismarına, ölkələri üzərində isə Fransanın müstəmləkəçiliyinə davam edir. Yəni, Fransanın müasir siyasi sistemi orta əsrlər dövrünün ənənələrindən hələ də uzaqlaşmayıb. Üstəlik, Fransanın Afrikada müxtəlif yerli xalqlara qarşı soyqırımlar törətdiyi inkaredilməz reallıqdır.

Ancaq Fransa bütün bu bəşəri cinayətlərinə qarşılıq olaraq, BMT Təhlükəsizlik Şurasının heç bir sanksiyası ilə üzləşməyib. Çünki bu qurumun qərarları məhz bəşəri cinayətlər törədən Fransanın veto hüququndan birbaşa asılıdır. Eyni zamanda, ABŞ, Rusiya və Çinin də müxtəlif cinayətləri mövcuddur. Deməli, BMT-də islahatlar ilk növbədə məhz Təhlükəsizlik Şurasında bu beş ölkənin veto hüququnun ləğv edilməsi ilə başlamalıdır.

Onu da qeyd edək ki, hətta ABŞ rəsmi dairələri belə, vaxtilə BMT-nin öz dövrünü sona çatdırdığını bəyan edirdilər. Əsas səbəbsə, BMT Təhlükəsizlik Şurasının digər veto hüquqlu üzvlərinin ABŞ-ın İraqa hərbi müdaxiləsinə qarşı çıxmasıyla bağlıydı. Yəni, Ağ Ev ABŞ-ın maraqlarına cavab verən qərarın verilmədiyini səbəb göstərək, BMT-nin ləğv edilməsinin vacibliyini qabardırdı. Və belə bir qurumun dünyanın idarə olunmasında hansı səviyyədə effektiv ola biləcəyi ciddi mübahisə mövzusudur.

Xatırladaq ki, Ermənistanın beynəlxalq himayədarlarına, ilk növbədə müstəmləkəçi Fransaya güvənən rəsmi İrəvan belə, son 30 ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi barədə dörd qətnaməsini yerinə yetirməyib. İndi isə rəsmi İrəvan BMT-yə növbəti dəfə siyasi zərbə endirməyə çalışır. Ermənistanın Laçın postunun ləğv edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət göndərməsi və həmin “sənəd”in müzakirəsinə nail olması belə düşünməyə tamamilə əsas verir.

Məsələ ondadır ki, Azərbaycan öz ərazsində nəzarət-buraxılış məntəqəsi yaradıb. BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına görə, bütün ölkələrin belə bir haqqın mövcuddur. Azərbaycan da bu hüququndan istifadə edib. İndi Ermənistan BMT Təhlükəsizlik Şurasından tələb edir ki, Azərbaycanın Laçın postu qeyri-qanuni elan olunsun və ləğv edilsin. Və beynəlxalq hüquqa zidd məntiqsiz tələb yalnız “erməni siyasi düşüncəsi” tərəfindən icad edilə bilərdi.

Ona görə də, indi BMT Təhlükəsizlik Şurasının bu absurd tələblə bağlı hansı qərarı verəcəyi böyük maraq doğurur. Çünki əgər, BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına uyğun qərar veriləcəksə, deməli, Ermənistanın məntiqsiz iddiası geri çevrilməlidir. Yox əgər, BMT Təhlükəsizlik Şurası rəsmi İrəvanın tələbini dəstəkləyərsə, bu, beynəlxalq hüquq normalarının, o cümlədən də, BMT Nizamnaməsinin kobud şəkildə pozulması anlamına gələcək.

Nəticədə məlum olacaqsa, dünyada beynəlxalq hüquq normaları əhəmiyyətini itirib, BMT Nizamnaməsi isə boş və mənasız söz yığınıdır. Əgər, BMT Nizamnaməsi Ermənistan naminə öz hüquqi qüvvəsini itirərsə, deməli, bu beynəlxalq qurumun fəaliyyəti üçün də elə bir ciddi ehtiyac qalmayacaq. Və bu baxımdan, onsuz da müasir dövrün tələblərinə qətiyyən cavab verməyən BMT-nin dağılma prosesi sürətlənə bilər.

Onu da qeyd edək ki, vaxtilə keçmiş SSRİ-nin dağılmasında məhz erməni separatizmi və terrorizmi həlledici rol oynamışdı. İndisə, Ermənistan öz hüquqa zidd iddiaları ilə BMT-nin gələcək taleyini böyük risk altına salmağa başlayıb. Yəni, əgər, BMT Təhlükəsizlik Şurası Ermənistanın avantürist planlarına “alət” olarsa, onsuz da böhran keçirən bu qurumun yaxın gələcəkdə dağılma ehtimalı real görünür. Azərbaycanın isə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan hansısa qərarı icra etmək kimi məcburiyyəti qətiyyən yoxdur.(Yeni Müsavat)

28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Xəbər lenti