İrançı erməni və “qala-dövlət” nağılı - ekspert danışır“Müxtəlif cür və çox vaxt şübhəli mədəni məzmunlu konsertlər, festivallar və atəşfəşanlıqlar bizim üçün son dərəcə təhlükəli illüziya yaradır – sanki Ermənistan Respublikası və Artsax Respublikasının ekzistensial təhlükəsizlik problemi həll olunub və biz bayram edə bilərik”. Bunu İrəvan Dövlət Universitetinin (İDU) şərqşünaslıq fakültəsinin iranşünaslıq kafedrasına rəhbərlik edən Vardan Voskanyan özünün Telegram kanalında yazıb.

“Bu, geniş ictimai səviyyədə milli müqaviməti korşaldır. Çünki reallıqları unutmağa, bu reallıqların bizim xeyrimizə dəyişməsi ilə bağlı fikirlərin yaranmasına yönəlmiş başqa bir “reallıq” yaradır ki, bu da bizi gözü doymayan düşmənin ekspansiyası qarşısında daha da zəif vəziyyətə salır.

Mən təkid etməkdə davam edəcəyəm ki, Ermənistanın güclənməsinin və barbarların məğlubiyyətinin yeganə təminatı qala-dövlətin qurulmasıdır. Bu qala-dövlətdə daimi sərsəm şənliklər yox, hərbiyə yaxın nizam-intizam olmalıdır”, – Voskanyan qeyd edir.

Bu bəyanat özü-özlüyündə ondan xəbər verir ki, ermənilərin əhəmiyyətli bir hissəsi artıq heç bir qisas və Azərbaycanla yeni müharibənin zəruriliyi barədə düşünmür. Bu, sözsüz ki, müsbət siqnaldır. Qoy daha çox və daha yaxşı əylənsinlər, daxili problemləri haqqında düşünsünlər, amma qonşu dövlətlərin ərazilərinə ekspansiya planları qurmasınlar. Əlbəttə, bu, kefi belə istədiyi üçün qonşu xalqı “barbar” adlandırmağı normal hesab edən irançı Voskanyan kimi tiplərin ürəyinə sancılan bıçaq effektidir. Sanki ermənilər özləri vərdişlərinə və həyat tərzinə görə bölgədə yaşayan digər xalqlardan çox fərqlənirlər.

Maraqlıdır, “reallıqları bizim xeyrimizə dəyişmək”, “hərbiyə yaxın nizam-intizamı olan qala-dövləti qurmaq” zərurəti ilə bağlı fikirlər Ermənistan cəmiyyətində nə dərəcədə geniş yayılıb? Ermənistanda belə fikrin daşıyıcısı nə qədərdir? Ermənistanın Azərbaycan və Türkiyə ilə necə münasibətlər quracağı da əhval-ruhiyyənin belə bir balansından asılıdır. Tez bir zamanda sülh bağlanması mümkündürmü, yoxsa hər şey yeni qarşıdurmaya, hətta yeni müharibəyə doğru gedəcək?

DİA.AZ-ın məlumatına görə, vəziyyəti Press Kluba şərh edən Hankuk Xarici Tədqiqatlar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov ilk növbədə qeyd edib ki, Voskanyan bütövlükdə ikrah yaradan, axmaq, elmdən uzaq adamdır.

“Onun açıqlamaları ilə rastlaşdığım son illər ərzində heç vaxt onun ağıllı söz dediyini görməmişəm. Ola bilsin ki, o, İran üzrə yaxşı mütəxəssisdir. Onun fars dilini bilməsi səviyyəsindən xəbərim olmadığından, bu barədə heç nə söyləyə bilmərəm. Amma o, öz biliyinin, ilk növbədə öz ixtisasının hüdudlarından açıq şəkildə kənara çıxır.

Ümumilikdə götürdükdə, başa düşdüyüm qədər, onun təqdim etməyə çalışdığı ideya İsrail modelidir. Və onlar hesab edirlər ki, bu modeli Ermənistana da tətbiq etmək olar. Yaxşı, istəyirlərsə, onda qoy yaratsınlar”, – professor deyir.

“Mən bu məsələ ilə bağlı konkret araşdırma aparmadığımdan, Ermənistan cəmiyyətində bununla bağlı əhval-ruhiyyənin necə olduğu barədə zərrə qədər fikrim yoxdur. Bunun üçün sosioloji sorğu keçirmək lazımdır. Amma dolayı faktorları da nəzərə almaq olar. Məsələn, baş nazir Paşinyan və onun partiyasının müharibədən dərhal sonra parlament seçkilərində 50%-dən çox səs toplaması və Nikolun birpartiyalı hökumət yaratmağa nail olması mühüm meyar ola bilər. Bu çox şeydən xəbər verir. Biz bilirik ki, bununla yanaşı, revanşist əhval-ruhiyyəli müxalifətin çoxsaylı etiraz mitinqləri keçirilib, amma onlar heç vaxt uğur qazanmayıblar, kütləni cəlb edə bilməyiblər. Diqqət edin, müxalifət çoxdan mitinqlər keçirmir, yolları bağlamır, yəni bu alətlərdən tamamilə imtina edib. Və bu aspektdə deyə bilərik ki, bəlkə də bir çox ermənilər ürəklərində qisas almaq arzusundadırlar. Amma iş reallığa gəldikdə, onlar başa düşürlər ki, kimsə bunun üçün mübarizə aparmalı, kimsə bunun üçün canından keçməlidir – və burada onlarda praqmatik yanaşma oyanır.

Öz növbəmdə deyə bilərəm ki, qoy, qonşuları ilə normal münasibətləri olmadan yaşamaq üçün qala-dövlət qursunlar, lavaş bişirə biləcəkləri qarajlar, dikər tikililər tiksinlər – bu onların işidir. Əgər inkişaf etmək istəmirlərsə, qoy istədikləri kimi yaşasınlar”, – politoloq bildirib.
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Xəbər lenti