Ermənistan odla oynayır: hərbi təxribatlara hazır olmalıyıq - GƏLİŞMƏAvqustun 16-da BMT Təhlükəsizlik Şurasının Qarabağda humanitar vəziyyətə həsr olunmuş iclası baş tutub. Amma iclas heç də erməni diasporunun və Ermənistan hakimiyyətinin gözləntilərini doğrultmayıb. Ermənistan BMT TŞ-də Azərbaycana qarşı hansısa qərarın qəbul olunacağına ümid etsə də, Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri Ermənistanın fakta söykənməyən hay-küylü iddialarını "yola vermək"lə keçiniblər. Ermənistan hakimiyyəti isə bu iclasın baş tutmasını uğur kimi təqdim edərək "quyruğunu dik tutmağa" çalışır.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında müşahidə olunan gərginlik təkcə diplomatik müstəvidə davam etmir. Belə ki, avqustun 16-da Ermənistan ordusu Azərbaycana qarşı növbəti təxribat törətməyə cəhd göstərib. Azərbaycan ordusunun bölmələri diversiyanın qarşısını alıb, təxribatçıların biri yaralı halda olaraq ələ keçirilib. Ermənistanın hərbi uğursuzluğu, BMT TŞ-dəki fiasko ilə başa çatıb.
Ermənistanın BMT Təhlükəsizlik Şurasının iclası fonunda hərbi təxribatlarını davam etdirəcəyi isə yüksək ehtimal olaraq qalır. Sputnik Azərbaycan baş verən son proseslərlə bağlı millət vəkili Elman Nəsirovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov bildirib ki, Ermənistanın Laçın yolu istiqamətindakı vəziyyətlə bağlı saldıqları hay-küy tamamilə cəfəng və reallıqdan uzaq iddialardır. Onun sözlərinə görə, bu həm də Ermənistanın təxribatçı siyasətinin tərkib hissəsidir:
"BMT Təhlükəsizlik Şurasında da bu məsələyə baxıldı və Azərbaycanın BMT-dəki daimi nümyəndəsi Yaşar Əliyev çox ciddi faktlarla Ermənistanın yalan üzərində qurulmuş iddialarına cavab verdi. Regionda heç bir halda humanitar böhrandan söhbət getmir. Qarabağda yaşayan əhalinin ərzaq təhlükəsizliyi, eyni zamanda onların gündəlik tələbat mallarına olan ehtiyaclarının qarşılanması üçün Azərbaycan Ağdam-Xankəndi, həmçinin Füzuli-Şuşa yolunu təklif edir. Lakin Ermənistana bunlar lazım deyil. Onların niyyəti heç də humanitar böhran məsələləri deyil.

Millət vəkili qeyd edib ki, Ermənistan Azərbaycana qarşı beynəlxalq təzyiqə və sanksiyaların tətbiq edilməsinə nail olmaq istəyir:
"Azərbaycan nümayəndəsi BMT TŞ-nin keçmiş münaqişə bölgəsi ilə bağlı qəbul edilmiş dörd qətnaməsini də xatırladıb. Azərbaycan öz silahlı qüvvələri hesabına bu qətnamələrin yerinə yetirilməsinə nail oldu. Amma hələ də Qarabağda silahlı erməni birləşmələri var. BMT qətnamələrində ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinin tam şəkildə tərk etməsi tələb edilirdi. Hesab edirəm ki, Ermənistanın Azərbaycana qarşı təzyiqlərə nail olmaq niyyəti tamamilə müvəffəqiyyətsizliyə uğrayıb. Bunu Azərbaycanın diplomatik qələbəsi kimi də qiymətləndirmək lazımdır.
"Xüsusilə də, Türkiyə bu məsələdə Azərbaycanın haqq işini müdafiə etdi. Azərbaycan bütün alternativ həll yollarını təqdim edib. Amma beynəlxalq birliyin bəzi üzvləri, xüsusən də Fransa bu alternativlərin adının çəkilməsini belə istəmir. Ermənistan təkcə diplomatik müstəvidə deyil, həmçinin Azərbaycanla şərti sərhəddə hərbi təxribatlarını davam etdirir. Son zamanlar sərhədlərimiz yaxınlarına hərbi texnikanın yığılması, Ermənistan qoşunlarının dislokasiya yerlərini dəyişməsi kimi addımlar atır. Bu addımlar 2022-ci ilin sentyabr təxribatlarından öncəki vəziyyəti xatırladır. İndi də oxşar tendensiya müşahidə edilir", - millət vəkili bildirib.
"Ermənistan unutmamalıdır ki, Azərbaycanla təhdid dilində danışmaq ağılsızlıqdır. Kimlərsə, üçüncü Qarabağ müharibəsini planlaşdırırsa, bu həmin şəxslər üçün siyasi intihar qərarını qəbul etməkdən başqa bir şey deyil. Hərbi təxribatlardan istifadə Paşinyanın icadı deyil, onun sələfləri Koçaryan, Sarkisyan da tənzimləmə prosesi ilə bağlı mühüum addımların atılması öncəsi bu yola əl atırdılar. Görünür, Ermənistanın hərbi siyasi rəhbərliyi ağlını itirib. Azərbaycan ordusu üç il öncəkindən daha güclüdür və Ermənistan odla oynayır. Həmin od Ermənistanı yandıra bilər", - deyə E.Nəsirov fikirlərini yükunlaşdırıb.

Politoloq İlyas Hüseynov isə bildirib ki, TŞ-də keçirilən müzakirələrdən sonrakı uğursuzluq özü ilə hərbi təxribatları da gətirə bilər:
"Hər bir vəchlə çalışacaqlar ki, regionda gərginlik ən yüksək səviyyədə olsun. Düşünürəm ki, hərbi təxribatlara hazır olmaq lazımdır. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə, şərti sərhəddə və Naxçıvan istiqamətində ordumuz hazır vəziyyətə gətirilməlidir. Çünki son dövrlər separatçıların fortifikasiya qurğularını quraşdırma cəhdləri görünür. Onlar mühəndis istehkam işləri görməyə cəhd edirlər. Bunlar hərbi təxribat üçün hazırlıqlardan xəbər verir. Hesab edirəm ki, hərbi təxribatlara hazır olmalıyıq".
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Xəbər lenti