Fransanın xarici işlər naziri Ketrin Kolonnayın çinli həmkarı Vanq Yi arasında telefon danışığı zamanı Ukrayna və Nigerdəki vəziyyətlə yanaşı Qarabağı da müzakirə etdiyi xəbəri yayılıb. Nazirlər Qarabağla bağlı nəyi müzakirə edə bilərdilər?
Böyük ehtimalla Fransa xarici işlər naziri “Laçın dəhlizinin açılması” məsələsini qaldırıb. Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı həmlə həyata keçirə bilmədi, indi də keçib başqaları vasitəsilə bizə təzyiq etməyə.
Çini “Laçın yolu” mövzusu çoxmu maraqlandırır? Əlbəttə, Pekin son illərdə Cənubi Qafqazda fəallaşıb, Gürcüstanda böyük yatırımları var, Azərbaycanla dialoqu mövcuddur, Ermənistanla hərbi əməkdaşlığa maraq göstərir.
Bütün hallarda Pekin Qarabağ məsələsindən uzaq durmalıdır, çünki ərazi bütövlüyü məsələsi Çin üçün də həssas mövzudur. Paris Pekini öz tərəfinə çəkməyə çalışsa da, Çin Azərbaycanın daxili məsələsinə qarışmamalıdır.