Xankəndidə daşlar yerinə oturacaq - Qarşıdurma tərəfləri üz-üzəXankəndidəki qondarma qurumun rəhbəri Araik Arutyunyanın istefa verəcəyi ilə bağlı məlumatlar gəzir.

Ermənistan KİV-lərində məlumatlara görə, yaxın zamanda Araik Arutyunyan istefa verə bilər. Hətta Arutyunyanın özü də rejimin “Təhlükəsizlik Şurası”nın son iclasından sonra bildirib ki, yaxın günlərdə onun fəaliyyəti ilə bağlı qərar qəbul olunacaq.

"Bu gün mənim fəaliyyətimlə bağlı məsələ də müzakirə olunub. Sabah, o biri gün daha dar çərçivədə mənim istefaya getməyimin lazımlığı barədə qərar verəcəyik".

Bununla, separatçı-terrorçu Arutyunyan eyham vurur ki, onun istefası ehtimalı özünü doğrulda bilər. Erməni mənbələrində Araik Arutyunyan istefa verəcəyi təqdirdə Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən, qondarma qurumun sabiq “XİN rəhbəri” Masis Mailyan olacaq. Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə mövcud proseslər onu göstərir ki, separatçıları arasında hakimiyyət uğrunda mübarizə getdiqcə intensivləşir. DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı siyasi şərhçi Asəf Quliyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, indiki şəraitdə Araik Arutyunyanın vəzifədən getməsi inandırıcı görünmür:

“Doğrusu, Araik Arutyunyanın istefa verəcəyini gözləmirəm. Çünki bu, Qarabağdakı ermənilər arasında ciddi boşluq yarada bilər. Bu boşluğu doldurmaq üçün hər hansı bir mexanizm mövcud deyil. Belə bir mexanizm olmadığına görə Arutyunyanın istefası real görünmür. Sadəcə olaraq, Araik Arutyunyan imkan tapıb Qarabağı tərk edə bilər. Lakin bunun üçün hazırda imkan yoxdur. Ona görə ki, artıq Laçın yolunda DSX-nın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir. Onun və separatçı qurumun nümayəndələrinin bu yoldan sərbəst keçməsi qeyri-mümkündür. İkinci variantdan istifadəyə gəlincə, Arutyunyan rus sülhməramlılarına məxsus vertayotla birdəfəlik Ermənistana getməyə çalışa bilər. Amma bu da o qədər də asan məsələ deyil. Çünki Rusiya da Arutyunyanın yerində qalmasını istəyir”.

A.Quliyev “Arutyunyan istefa verəcəyi halda onun kim əvəzləyəcək?” sualına belə cavab verib:

“Araik Arutyunyanın hər hansı bir formada hakimiyyətdən uzaqlaşacağı təqdirdə onun yerini tutacaq şəxs hələ bəlli deyil. Müəmmalı görünən bu məsələ daxili qarşıdurma yarada bilər. Bildiyimiz kimi, Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə iki əsas qüvvə var. Biri Rusiyanın təsir dairəsində olan, ikincisi isə cüzi də olsa da Paşinyan hakimiyyəti ilə təması olan qüvvələrdir. O ki qaldı Masis Malilyanın Arutyunyanı əvəz etməsinə, əldə etdiyim məlumata görə, hazırda Mailyan Qarabağdan kənardadır. Ona görə də onun qondarma qurumda hər hansı vəzifə tutması mümkün deyil”.

Siyasi şərhçi Samvel Babayanın qondarma qurumun rəhbəri olması ehtimalına da münasibət bildirib:

“Son zamanlar Samvel Babayan öz bəyanatlarında Azərbaycana qarşı yumşaq mövqe sərgiləyir. Babayan Ağdam-Xankəndi yolunun açılmasını məqbul hesab edir. Sözsüz ki, onun bu mövqeyində siyasi maraqlar var. Bu maraqlar Paşinyanın yürütdüyü siyasətə uyğundur. Samvel Babayan həm də Qarabağdakı keçmiş döyüşçüləri ətrafına yığmaq imkanlarına malikdir. Babayan vaxtilə qondarma qurumun “özünümüdafiə” qoşunlarının rəhbəri olub. Ona görə də onun vasitəsilə müəyyən mötədil mövqe nümayiş etdirməyə çalışırlar. Amma yuxarıda qeyd etdiyim kimi, Rusiyanın bölgədə təsir imkanları genişdir. Çünki bu gün Qarabağda Rusiya sülhməramlı kontigenti var. Moskva bu ssenarinin hər hansı formada reallaşmasına bacardığı qədər mane olacaq”.

A.Quliyev Ruben Vardanyan faktoruna da aydınlıq gətirib:

“Nə qədər ki, Qarabağda rus sülhməramlı qüvvələri var, Vardanyan faktoru danılmazdır. Vardanyanın ermənilər arasında ciddi təsir imkanları olmasa da, onun bölgədə bir fiqur kimi qalması Rusiya üçün önəmlidir”.

Sonda A.Quliyev bildirib ki, artıq Qarabağda erməni separatçıları arasında qarşıdurmanın qığılcımları görünür:

“Samvel Babayan Ermənistan hakimiyyətinin mövqeyini dəstəkləyən qüvvələrə rəhbərlik edir, Rusiyanın təsir dairəsində olan qüvvələr isə Ruben Vardanyanın rəhbərliyi altındadır. Bu iki qrup arasında qarşıdurmanın təzahürləri var. Amma bölgədə daxili ciddi qarşıdurma hələ gözlənilmir. Çünki bu yaxınlarda “daşnak”ların nümayəndəsi barışdırıcı qüvvə kimi qordarma qurumun “parlamenti”nin sədri təyin edilib. Bu, onu deməyə əsas verir ki, Qarabağ və Ermənistandan kənarda olan müəyyən erməni dairələri hələlik heç bir qüvvə ilə barışmaq niyyətində deyil. Onlar öz məqsədlərinin nə olduğunu aydınlaşdırmağa çalışırlar. Güman edirəm ki, Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə vəziyyət bu car davam edəcək. Lakin əsas ciddi məsələ Azərbaycanın Qarabağdakı ermənilərə humanitar yük göndərməyə cəhd etməsidir. Şübhəsiz ki, Qarabağda bugünkü qüvvələrin heç biri humanitar yükün qəbul olunmasına razılıq verməyəcək. Bundan sonra onların atacaqları addım gələcək ssenarilərin siptomlarını göstərəcək”.
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Xəbər lenti