Arayik Harutyunyan deyir ki, o, tezliklə qondarma Artsax prezidenti postundan istefa verib-verməyəcəyi barədə qərar verəcək. Qeyd edək ki, o, oxşar bəyanatlarla bir neçə dəfə çıxış edib.
Dünən Xankəndində Laçın buraxılış-keçid məntəqəsində Ermənistana gedən üç qondarma Artsax vətəndaşının Azərbaycan əsgərləri tərəfindən saxlanmasından sonra keçirilən kortəbii mitinqdə o bildirib ki, onun prezident kimi qalıb-qalmaması məsələsi yerli siyasi qüvvələrlə son görüşdə müzakirə olunub.
“Sabah və ya ertəsi gün daha kiçik qrupla görüşümüz olacaq. Əgər istefa verməyim qərara alınarsa, bu bazar günü gedib döyüşçülərimizin sıralarına qoşulacam”, - deyə Arutyunyan mitinqdə bildirib.
Onu da deyim ki, Artunyanın getməsi birmənalı şəkildə Azərbaycanın xeyrindədir. Qarabağ erməniləri arasında ziddiyyətlər son dərəcə dərinləşib. Belə bir fonda onlar nə yeni “prezident”i seçə bilərlər, nə də parlament yeni “preziedet”i təyin edə bilər...