Ermənilər kütləvi şəkildə Qarabağı tərk edirlər. Əgər orada bəlli bir sayda erməni sakin qalmayacaqsa, Rusiya sülhməramlıları Qarabağda hansı əsaslarla qalacaqlar, kimin təhlükəsizliyini qoruyacaqlar?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran təhlükəsizlik eksperti İlham İsmayıl bildirdi ki, bu hadusələrin inkişafından asılıdır: "Əgər orada erməni əhalisi qalmayacaqsa, artıq asayişin qorunmasına ehtiyac qalmayacaq və Qarabağ bütövlükdə Azərbaycanın nəzarətinə keçəcək. Biz erməni əhalisinə də dəfələrlə müraciət etmişik ki, sizin hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası ilə qorunacaq. Nə qədər erməni gedəcək, nə qədər qalacaq, bu hadisələrin gedişatından asılıdır. Ermənilər tamamilə gedərsə, sülhməramlılar da 2025-ci ildən öncə getməli olacaqlar. Ukraynada müharibənin getdiyini nəzərə alsaq, Rusiyanın bu dəqiqə canlı qüvvə və texnikaya ehtiyacı var. Buradan çıxarılan qüvvələri Ukrayna cəbhəsinə aparacaqlar. Bunu gedişat göstərəcək". 

S.Əkbər vurğuladı ki, ermənilərin tamamilə getməsi arzuolunan deyil: "Biz istəmirik ki, ermənilər bütünlüklə çıxıb getsin, biz erməni əhalisinin qalmasını istəyirik. Bizim nəzarətimiz altında yaşayıb, bizim qanunları və vətəndaşlığımızı qəbul etmələrini istəyirik. Ona görə ki, yenidən biz dünyanın qınaq hədəfinə çevrilmək istəmirik. Etnik təmizləmə ilə bağlı ittihamlarla üzləşmək istəmirik. Dəfələrlə də demişik ki, ermənilərin bu cür kütləvi köçü onların şəxsi qərarlarıdır. Prezidentin köməkçisi də bildirdi ki, bu onların fərdi şəkildə verdiyi qərardır və biz heç bir ermənini Qarabağdan çıxartmırıq. Biz ümumiyyətlə Xankəndiyə hələ girməmişik. İndi ermənilər hamısı oraya cəmləşiblər. Ağdərədə erməni hərbçilər çıxın getdikdən sonra bizim polisimiz və hərbçilərimiz yerli əhaliyə yardım edirdi".

Politoloq vurğulayıb ki, gedənlər qayıda da bilər: "Əgər bütövlükdə 3 gün ərzində bu qədər insan ölkəni tərk edirsə, onların geri qayıtması mümkün deyil. Amma 44 günlük müharibə bitəndə də ermənilər getmişdi və Putin onları qaytardı. Dünən də ABŞ dövlət katibi Blinken İlham Əliyevlə danışıb və xahişi də bu olub ki, əməliyyat olmasın və beynəlxalq müşahidə missiyasının oraya daxil olmasına icazə verilsin. Mən bununla bağlı təlaş keçirdim. Çünki Kosova təcrübəsi var. Dövlətlər sonradan Kosovanı tanımağa başladılar. İndi bu müşahidə missiyasının tərkibi kimlərdir, mülki insanlar, yoxsa hərbi kontingent? Orada hərbi kontingent olsa bu gün köçən ermənilərə sabah təminat verə bilərlər ki, geri qayıdın, sizin digər məsələləriniz də həll olunacaq. Ancaq İlham Əliyev Blinkenə deyib ki, burada BMT-nin rezident koordinatoru var və biz ona şərait yaradacağıq. O da öz 3-4 nəfərlik heyəti ilə gəlib müşahidə apara bilər. Diplomatik nümayəndələr də gəlib baxa  bilərlər ki, biz ermənilərə necə şərait yaradırıq və hansı təminatlar veririk. Bu məsələnin bu şəkildə həll olunması da bizim xeyrimizədir". 

27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

Xəbər lenti