|
Avropa Şurasının rəhbəri Şarl Mişel hələ də oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır.
“Bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.
“İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydınlıq olacaq”, - avropalı diplomat qeyd edib.
Onun sözlərinə görə, bölgədəki kifayət qədər ciddi vəziyyətə baxmayaraq Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etməyə çalışır.