|
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində keçirilən Şəffaf İpək Yolu Forumunda iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti tərəfindən Azərbaycanın Pekindəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı mübarizdən danışıb. Baş prokuror ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa olunduğunu, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib.
Səfər çərçivəsində Baş prokuror Çin, Özbəkistan, Malayziya, Pakistan, Qazaxıstan, Belarus, Argentina, Kamboca, Misir və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib.