"İsraillə qarşı HƏMAS-ın qanlı terror hücumunu təşkil edən molla rejiminin Azərbaycana qarşı daha qorxunc hücumlar hazırladığının əlamətləri aydın görünür". DİA.AZ bildirir ki, bunu öz açıqlamasında siyasi şərhçi Xaqani Cəfərli qeyd edib.
"Azərbaycanı bu qorxunc təhlükədən İsrailin qələbəsi, İranın məğlubiyyəti xilas edə bilər", deyə çıxış yolu barədə danışan ekspert daha sonra əlavə edib: "İsrailin Azərbaycanın təhlükəsizliyinin və inkişafındakı müstəsna önəmi bütün çılpaqlığı ilə aydın olduğu halda İsrailə qarşı nifrət yağdırmaq İranın ölkəmizə yönəlik qorxunc niyyətlərinin ideoloji əsaslarını yaratmağa xidmət edir.
Töfid İbrahimbəylinin Qumdan Azərbaycana yönəlik təxribatçı çağrışlarından daha təhlükəli fikirlər Azərbaycanın içərisindən yayılır. Dövlətin və millətin təhlükəsizliyi ciddi təhdid altındadır. Susmaq, hərəkətsiz qalmaq çox ağır nəticələr doğura bilər".