Fransanın sərgilədiyi mövqe Cənubi Qafqazda sülhə deyil, əksinə, bölgənin daha da militarizasiyalaşdırmaya xidmət edir.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, bölgədənkənar qüvvələrin, xüsusən də Fransanın Cənubi Qafqazdakı proseslərə bu cür müdaxiləsi, regionda sülhün yaranmasına ən ciddi əngəllərdən biridir.

“Biz bu gün Fransanın hər vasitə ilə bölgədəki proseslərə müdaxiləsini müşahidə etməkdəyik. Fransa bunun üçün Ermənistanla hətta hərbi sahədə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Fransanın gələcək hədəfi Ermənistanda hərbi baza yaratmaqdır. Bu isə bölgənin gələcək təhlükəsizliyinə ciddi təhdid yaratdığından heç bir region ölkəsinin, o cümlədən heç Ermənistanın özünə lazım deyil. Fransa belə bir hərbi baza yaradarsa, bu, ilk növbədə Ermənistan üçün təhlükə olacaq”, - Korotçenko deyib.

O əlavə edib ki, Fransanın Ermənistanla hərbi əməkdaşlığının inkişafında hər hansı sağlam element tapmaq qeyri-mümkündür. “Bir çoxları hesab edir ki, Paşinyanın Rusiya ilə hərbi əməkdaşlığı pozması elə də asan məsələ deyil. Ermənistandakı hərbi bazanı çıxara və ya KTMT-ni tərk edə bilməz. Amma unutmayaq ki, mümkün olmayan şey yoxdur. 5 il əvvəl də heç kim ağlına gətirə bilməzdi ki, Cənubi Qafqazda belə bir vəziyyət yaransın və Azərbaycan öz ərazi bütövlüyünü təmin etsin.

Bir şey deyə bilərəm ki, Moskva regiondankənar oyunçu olan Fransanın Ermənistandakı hərbi varlığına dözə bilməz və bu, qeyri-mümkündür”, - Korotçenko bildirib.

27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

Xəbər lenti