Ermənilərə Qarabağda Ermənistan pasportu ilə yaşamağa icazə verilməyəcək - MƏQSƏD NƏDİR?Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, ermənilərin Qarabağa dönüşü mümkündür. Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıdışı qlobal güclərin - Avropa, ABŞ və Rusiyanın maraqlarına cavab verir. Şahmaranyan ermənilərin dönüşünü Azərbaycanın da istədiyini iddia edərək, bu istiqamətdə danışıqlara başlamağın mümkün olduğunu vurğulayıb. Maraqlıdır ki, Samvel Şahramanyan jurnalistin “Siz də qayıtmaq istəyirsinizmi”,- sualına cavabdan yayınaraq “bunun vaxtı gəlməyib”, - deməklə kifayətlənib. Şahramanyan Ermənistanın Qarabağ ermənilərinin vətəni olduğunu söyləməyi də unutmayıb.

Samvel Şahramaynanın bu açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Şahramanyan ermənilərin geri dönüşü mövzusunu Bakı ilə müzakirə etmək istəyir:

"İkincisi, Samvel Şahramanyan hesab edir ki, rəsmi Bakı Ermənistana köç edən ermənilərin geri qayıdışında maraqlıdır. Şahramanyanın məntiqinə görə, Azərbaycan ermənilərin qaydışını beynəlxalq təzyiqdən qurtulmaq üçün həyata keçirmək istəyir. Amma Şahmaranyan “qatarın getdiyini” anlamaq istəmir”.

E. Şahinoğlu xatırladıb ki, rəsmi Bakı Qarabağ ermənilərinə Ermənistana köç etməzdən öncə müraciət etmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edin və evlərinizdə yaşayın: “Amma qəbul etmədilər, getdilər. Bu baş verdikdən sonra rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin ermənilərin geri qayıtmasında maraqlı olduğunu söyləmək mümkün deyil. Digər tərəfdən, gedənlərin hamısının cibində Ermənistan pasportu var. Azərbaycan ermənilərə Ermənistan pasportları ilə Qarabağda yaşamağa icazə verməyəcək. Dünya qarışıb, Yaxın Şərqdə vəziyyət gərgindir. Şahmaranyana isə elə gəlir ki, beynəlxalq birlik ermənilərin Qarabağa dönüşü ilə bağlı Azərbaycana təzyiq edir. Bunun da reallıqla əlaqəsi yoxdur”.

E. Şahinoğlu sonda əlavə edib ki, S. Şahramanyanın nə deməsindən asılı olmayaraq, Ermənistana köçən ermənilərin geri qayıtmaq fikiri yoxdur, “biz türklərlə birgə yaşamaq istəmirik”,- deyirlər. Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işləri var?
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım

Xəbər lenti