|
Milli Məclisə yeni avtomobillər alınıb.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin işlər müdiri Firudin Hacıyev deyib.
İşlər müdiri bildirib ki, Milli Məclisin deputatları, parlamentin Aparatı və İşlər İdarəsinin əməkdaşları mütəmadi olaraq kompüterlərlə təmin edilir:
“Xarici qonaqların Milli Məclisdə qarşılanması, Milli Məclisin deputatlarının xaricə səfərləri üçün ezamiyyə xərcləri artıb. Milli Məclisin avtoparkının yenilənməsi üçün 2023-cü ildə avtomobillər, Milli Məclisin plenar iclasının texniki təminatı üçün 2006-cı və 2009-cu illərdə quraşdırılmış elektron səsvermə sistemi üçün avadanlıqlar alınıb”.