|
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib.
Bu haqda sənəd “Rəsmi Qəzet”də dərc olunub.
Xatırladaq ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi.
Qeyd edək ki, 2021 və 2022-ci illərin noyabrında da Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.