Hazırda ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik son 20 ildəki oxşar vəziyyətlərdən fərqlənir. Bu, demək olar ki, Qarabağ probleminin həllindən, separatizmin kökünün kəsilməsindən, Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra ilk ciddi, miqyaslı toqquşmadır.
Amerika dövlətinin qəbul etdiyi qərarlara erməni lobbisinin, diasporunun ciddi təsiri var. Bu dəfə də Azərbaycana qarşı baş verənlərin arxasında bu amilin dayandığı açıq görünür. Proseslərə daha praqmatik yanaşdıqda isə erməni lobbisinin burda bir element, fraqment, hətta vasitə olduğu ortaya çıxır.

Qərb İlham Əliyevi özünə tabe etdirə bilmədi. Onu Saakaşvili, Yuşşenko, Zelenski və digər oxşar prezident və iqtidar modelləri kimi təsirinə salmağı bacarmadı. 2003-cü ildə ABŞ, Avropa ümid edirdi ki, gənc Əliyev iqtidara gələndən az sonra onun vasitəsi ilə istəklərini həyata keçirə biləcəklər. Bu istəklərin başında Qarabağ məsələsi dayanırdı. Problemin Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə həll ediləcəyi ümidi, inamı Qərbin qursağında

ABŞ-la Azərbaycan arasında daha bir gərginlik 2009-cu ilin əvvəlində yaşandı. “Sürix Protokolları”nın imzalanması ərəfəsində Azərbaycan tərəfinin ortaya qoyduğu iradə Birləşmiş Ştatları şoka salmışdı. Həmin ilin aprel ayında “Sürix Protokolları” ilə bağlı İstanbulda Zirvə görüşü keçirilirdi. 2009-cu ilin aprel ayının 6-da dönəmin ABŞ Prezidenti Barak Obama Türkiyəyə gəlmişdi. İlham Əliyev Obamanın israrlı dəvətinə rəğmən İstanbul sammitini boykot etmişdi. Ovaxtkı dövlət katibi Hillari Klinton İlham Əliyevdən tədbirə qatılması üçün xahiş etsə də, “Yox!” cavabı almışdı.

ABŞ İlham Əliyevlə bağlı ikinci xəyal qırıqlığını yaşayırdı. Necə yəni, dünyanın supergücünün prezidenti Azərbaycan kimi kiçik ölkənin prezidentini çağırsın, amma o bu çağırışa getməsin? Bundan sonra ABŞ mediasında Azərbaycan dövlətinə və onun liderinə qarşı miqyaslı və qərəzli qara PR kampaniyası başladıldı. Aylarla davam edən bu kampaniyaya ABŞ-ın Azərbaycandakı təsir agentləri də cəlb edildi. “Araşdırmaçı jurnalistlərə” hazır materiallar ötürülürdü, onlar da yazıları dilimizə çevirib, altına imza larını qoyub, Azadlıq Radiosunda və digər bənzər resurslarda yayırdılar.

2008-2010-cü illəri əhatə edən sözügedən prosesin ana hədəfi Türkiyə ilə Ermənistan sərhədlərinin açılması, münasibətlərin normallaşması idi. O vaxt Türkiyə iqtidarında təmsil olunan və çoxluq təşkil edən FETÖ-çular Gül-Babacan-Davudoğlu triosunun liderliyində bu cür xəyanətə bərabər bir layihəni – “Sürix Protokolları”nı hazırlamışdılar. İlham Əliyevin qətiyyətli davranışı, iradəsi sayəsində plan yarımçıq qaldı. Dönəmin baş naziri Rəcəb Tayyib Ərdoğan özünə, ölkəsinə, Azərbaycana qurulan bu hiylənin fərqinə vardı. Beləliklə, Türkiyə və Azərbaycan, eləcə də Türk dünyası böyük qəzadan son anda qurtuldu.

Bu cür situasiyalarda Qərb Azərbaycana qarşı illərdir bəslədiyi məlum şəbəkəni qabağa verir. Onlara bəlli mərkəzlərdən direktiv gəlir. Ən həssas nöqtələr hədəf götürülür. İctimai rəy manipulyasiya edilir. Kütlələrin emosiyasına hesablanan çıxışlar, yazılar, reportajlar, müzakirələr sosial şəbəkələrdə və nəzarətlərindəki ənənəvi mediada kütləvi şəkildə yayılır.

Son günlər Laçın rayonunda dövlət tərəfindən tikilən fərdi evlərlə bağlı aparılan “piar”ı hər kəs görür. Laçındakı keçi ferması da əks təbliğatın əsas malzəmələrindəndir. Birbaşa ABŞ-dan maliyyələşən mediada, eləcə də Yutubdakı populyar kanallarda Laçın “atəşə və hücuma” məruz qalır. Böyük Qayıdış proqramı, Prezidentin gördüyü bu qədər işin gözdən salınmasına cəhd edilir.

Yeri gəlmişkən, Laçında bir neçə evdə yaranan problemlə bağlı məsələnin üzərinə gedilməlidir. Heç nədən çəkinmədən həqiqəti ortaya çıxarmaqda fayda var. Çatışmazlıq varsa, aradan qaldırılmalı, bu işdə günahı olan aidiyyəti qurumların nümayəndələri haqda ölçü götürülməlidir. Eləcə də kənar güclərin təsirinə düşən və pozuculuq fəaliyyəti göstərən şəxslərlə profilaktik iş aparılmalıdır. Bu olarsa, bəzi xaric səslər də kəsilər.

Azərbaycan müharibəni başa vurub. Amma informasiya müharibəsi bütün şiddəti ilə davam edir. Qərbin informasiya savaşında istifadə etdiyi hücum “raketləri” Bakıya tuşlanıb. O “raketlərin” düyməsi basılıb. Burdakı “5-ci kolon” isə böyük “fədakarlıqla” dövlətə qarşı vuruşur.

Kollektiv Qərbin məqsədi nədir? Rəsmi Bakını öz iradəsi qarşısında təslim olmağa məcbur etmək? Axı bu dəfələrlə sınaqdan keçirilib – mümkün olmayıb. Bu dəfə də uğursuz olacağına şübhə yoxdur.

İlham Əliyev prezidentliyi müddətində belə mürəkkəb geopolitik konfliktləri çox görüb. Amma heç vaxt məğlub olmayıb. Əksinə, hər dəfə uduşla çıxıb. O, bütün bu hücumların məqsədini, səbəbini yaxşı bilir. Görünür, bu səbəbdən təmkinini qoruyur. Onun budəfəki taktikası tamam başqadır.

Vaşinqtonla Bakının siyasi-diplomatik toqquşması nə ilkdir, nə də son. İndən sonra da belə təlatümlər yaşanacaq. ABŞ bölgəni yalnız Cənubi Qafqaz kontekstində dəyərləndirmir. Buranı üç ölkənin sərhədləri daxilində təhlil etmir. Birləşmiş Ştatlar vizionunu geniş tutmağa çalışır. Qafqaz onun üçün qapıdır. ABŞ strateqləri o qapının arxasındakı böyük coğrafiyaya boylanır. Bilirlər ki, gələcəyin dünyasına yol həmin qapıdan – demək, həm də Azərbaycandan keçir.

“Dərin Amerika” indidən güclü rəqiblərin olduğu türk coğrafiyasında özünə mövqe seçir. Fəqət üslubu xeyli yanlışdır. O yanlışı düzəltmək isə bu dəfə Azərbaycan işidir…

Azər Ayxan
Globalinfo.az

27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Xəbər lenti