Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Özbəkistan ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Azərbaycan vətəndaşlarının sənədlərinin yeni siyahısı müəyyənləşir.

Siyahıya Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, xidməti pasportu, diplomatik pasportu, Azərbaycan Respublikasında dənizçinin şəxsiyyət sənədi (gəminin şəxsi heyətinin siyahısı və ondan çıxarış olduqda), hava gəmisinin heyət üzvünün vəsiqəsi (uçuş tapşırığında müvafiq qeyd olduğu təqdirdə), Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan Respublikasına qayıdış üçün) daxil edilir.

Azərbaycan ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Özbəkistan vətəndaşlarının sənədlərinin yeni siyahısı da müəyyənləşir. Siyahıya Özbəkistan Respublikası vətəndaşının, yalnız Özbəkistana qayıtmaq üçün biometrik olmayan pasportu, xaricdə daimi yaşamaq üçün Özbəkistan Respublikasından qeydiyyatdan çıxan vətəndaşlar üçün və Özbəkistan Respublikasına qayıtmaq məqsədilə bütün vətəndaşlar üçün Özbəkistan Respublikası vətəndaşının biometrik pasportu, Özbəkistan Respublikası vətəndaşının xaricə getmək üçün biometrik pasportu, Özbəkistan Respublikasının biometrik diplomatik pasportu, Özbəkistana qayıdış sertifikatı (yalnız Özbəkistana qayıdış üçün), hava gəmisinin heyət üzvünün vəsiqəsi (şəxsi heyətin tərkibində hərəkət etdikdə) və hökumətlərarası feldyeger xidməti əməkdaşının şəxsiyyət vəsiqəsi daxildir.

Sazişə edilən əlavələrə görə, bir tərəfin ərazisinə müvəqqəti olaraq gələn digər tərəfin dövlətinin vətəndaşları olduqları tərəfin dövlətinin səlahiyyətli dövlət qurumlarında qeydiyyatdan keçmək (uçota salınma) öhdəliyindən azad olunurlar, bir şərtlə ki, onların qalma müddəti sazişdə göstərilən, onların şəxsiyyətini müəyyən edən və vətəndaşlığını təsdiq edən sənədlər əsasında dövlət sərhədini keçdikləri andan 15 təqvim günündən artıq olmasın.

Bir tərəfin dövlətinin vətəndaşı digər tərəfin dövlətinin ərazisində 15 təqvim günündən artıq qaldıqda, həmin vətəndaş olduğu tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (uçota durmaq) keçməlidir.

07 May 2025 İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB
07 May 2025 İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
07 May 2025 İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq
07 May 2025 İrandan Azərbaycana yeni dəhliz təklifi
07 May 2025 Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB
07 May 2025 Səfir: Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk
07 May 2025 Rəsmi Bakıdan Hindistanla Pakistana - Çağırış
07 May 2025 Milli Məclisin xüsusi iclası keçiriləcək
07 May 2025 Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
07 May 2025 Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
07 May 2025 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
06 May 2025 Prezident müsahibə verdi
06 May 2025 Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
06 May 2025 Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul etdi - FOTOLAR
06 May 2025 Sülh oyunu Ermənistan ordusunu bitirəcək
06 May 2025 “Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video
05 May 2025 Prezident məscidlə bağlı sərəncam imzaladı
05 May 2025 Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
05 May 2025 Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi

Xəbər lenti