Sərhəddə görüş: ermənilərlə danışıqlar nəticə verəcək? - AKTUALAzərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyaları noyabrın 30-da sərhəddə görüşəcək. Bu, Bakının sülh danışıqlarının sərhəddə aparılmasına dair təklifinin tam həyata keçirilməsi olmasa da, həm ikitərəfli formatda fəaliyyətin davam etdirilməsi, həm də son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsindən yayınmaq baxımından müsbətdir.

Hərçənd açıq qalan sual var: danışıqlar nəticə verəcəkmi, yaxud “vasitəçilik mübarizəsi”ndə hadisələrin inkişafına necə təsir edəcək?

Sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması ötən ilin aprelində Brüssel görüşündə razılaşdırılıb. Görüşün keçirilməsi “razılaşmaların işləməsi” baxımından Qərbin ön plana çıxması görüntüsü yaradır. Lakin tərəflər razılaşma əldə etmək üçün sovet dövrünün xəritələrinə müraciət etməlidir. Bu halda xəritələrin saxlanıldığı Rusiyanın prosesdə ən azı texniki iştirakı qaçılmaz olacaq və Moskva vasitəçiliyini önə çıxarmaq məqsədilə belə imkandan yararlanmağa çalışacaq. Xəritələrə görə Rusiyanın prosesdə iştirakçılığının güclənməsində maraqlı olmayan Qərb isə Ermənistan üzərindən prosesə müdaxilə edəcək.

Bu situasiya delimitasiya komissiyasının görüşünün nəticə verəcəyi gözləntisini azaldır. Bunun fonunda tərəflərin delimitasiyanın hansı dövrün xəritələrinə uyğun aparılması, hansı prinsiplərin əsas götürülməsinə dair fikir ayrılığı da qalır.

Müəllif: Asif Nərimanlı
07 May 2025 İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB
07 May 2025 İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
07 May 2025 İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq
07 May 2025 İrandan Azərbaycana yeni dəhliz təklifi
07 May 2025 Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB
07 May 2025 Səfir: Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk
07 May 2025 Rəsmi Bakıdan Hindistanla Pakistana - Çağırış
07 May 2025 Milli Məclisin xüsusi iclası keçiriləcək
07 May 2025 Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
07 May 2025 Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
07 May 2025 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
06 May 2025 Prezident müsahibə verdi
06 May 2025 Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
06 May 2025 Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul etdi - FOTOLAR
06 May 2025 Sülh oyunu Ermənistan ordusunu bitirəcək
06 May 2025 “Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video
05 May 2025 Prezident məscidlə bağlı sərəncam imzaladı
05 May 2025 Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
05 May 2025 Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi

Xəbər lenti