“Bu yenidən Qarabağda təcavüzkar separatçılığı alovlandıra bilər...” - GƏLİŞMƏ“Azərbaycanla Ermənistan arasında ehtimal olunan sülh müqaviləsi münaqişənin siyasi həllini müəyyən edəcək. Hesab edirəm ki, Azərbaycan sazişin rəsmi Bakının il yarım əvvəl təklif etdiyi beş prinsipə əsaslanmasından çıxış edəcək. Onlar münaqişənin siyasi həlli üçün əsasdır. Bu təşəbbüsün ideyası münaqişəni, düşmənçiliyi dayandırmaq, münasibətləri normallaşdırmaq və digər bütün məsələlərin tədricən xoşməramlılıq əsasında həll edilməli olmasından ibarətdir.”

Moderator.az xəbər verir ki, bu fikirləri “Turan” agentliyinin siyasi şərhçisi Tofiq Türkel “Kavkazskiy uzel” nəşrinə açıqlamasında ifadə edib.

Siyasi şərhçi erməni əhalisinin Qarabağa qayıtması ilə bağlı isə qeyd edib ki, Azərbaycan onların getməsində israrlı olmayıb.

“Azərbaycan bu insanları qovmayıb, əksinə, əvvəldən onlar Qarabağda qalmaq, icmalarının idarə olunmasında iştirak etməyə dəvət olunub, onlara iqtisadi yardım təklif edilib. İndi də Azərbaycan onların geri qayıtmasına etiraz etmir, əmlaklarını qoruyub saxlamaq üçün tədbirlər görür. Amma bu proses qanunlar çərçivəsində, fərdi müraciətlər əsasında baş verməlidir. Və təhlükəsizliyi də Azərbaycan dövləti təmin edəcək. Lakin Azərbaycan Qarabağa dönəcək ermənilər üçün onun suverenliyini məhdudlaşdıran hər hansı xüsusi şəraitin yaradılması ilə razılaşa bilməz, çünki bu, yenidən Qarabağda, regionda təcavüzkar separatçılığın alovlanmasına gətirib çıxara bilər”- deyə siyasi şərhçi vurğulayıb.
07 May 2025 İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB
07 May 2025 İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
07 May 2025 İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq
07 May 2025 İrandan Azərbaycana yeni dəhliz təklifi
07 May 2025 Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB
07 May 2025 Səfir: Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk
07 May 2025 Rəsmi Bakıdan Hindistanla Pakistana - Çağırış
07 May 2025 Milli Məclisin xüsusi iclası keçiriləcək
07 May 2025 Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
07 May 2025 Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
07 May 2025 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
06 May 2025 Prezident müsahibə verdi
06 May 2025 Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
06 May 2025 Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul etdi - FOTOLAR
06 May 2025 Sülh oyunu Ermənistan ordusunu bitirəcək
06 May 2025 “Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video
05 May 2025 Prezident məscidlə bağlı sərəncam imzaladı
05 May 2025 Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
05 May 2025 Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi

Xəbər lenti