Sülh sazişinə təzminat tələbi salına bilər? - AKTUALTəzminat məsələsi hər zaman müharibə bitəndən sonra gündəmə gətirilir. Yəni məğlub tərəf kapitulyasiya şərtlərini qəbul etdikdən sonra danışıqlar zamanı təzminat məsələsi də müzakirə edilir.

Bu sözləri Axar.az-a Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsi ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Professor təzminat tələbinin rəsmi şəkildə elan edilməli olduğunu bildirib:

“44 günlük müharibənin üzərindən 3 ildən artıq müddət keçsə də, Azərbaycan bu gün, sabah və ümumiyyətlə, istədiyi vaxt Ermənistana qarşı təzminat tələbini irəli sürə bilər. Çünki rəsmi İrəvanın Azərbaycanın ərazisini onillərlə işğalda saxladığı, dağıtdığı, şəhər-kəndləri yer üzündən sildiyi açıq şəkildə ortadadır və vurduğu ziyana görə də təzminat ödəməlidir. Azərbaycan bütün ziyanı hesabladıqdan sonra təzminat tələbini rəsmi şəkildə bəyan etməlidir”.

Fərhad Mehdiyev Azərbaycanın təzminat şərtinin sülh müqaviləsi mətninə salınması haqqını özündə saxladığını vurğulayıb:

“Fikrimcə, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istədiyi üçün təzminat məsələsini hələlik gündəmə gətirmir. Digər tərəfdən dövlətimiz Ermənistanın irəli sürüləcək təzminatı ödəmək imkanının olmadığını bilir. Bu məsələ işğal dövründə rayonlarımızın qarət edilməsi, dağıdılması, eyni zamanda Gəncənin, Bərdənin raket atəşinə tutulması da daxil olmaqla, bir çox məsələləri əhatə edir. Azərbaycanın bu haqqından imtina edəcəyini düşünmürəm”.
07 May 2025 İrandan Azərbaycana yeni dəhliz təklifi
07 May 2025 Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB
07 May 2025 Səfir: Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk
07 May 2025 Rəsmi Bakıdan Hindistanla Pakistana - Çağırış
07 May 2025 Milli Məclisin xüsusi iclası keçiriləcək
07 May 2025 Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
07 May 2025 Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
07 May 2025 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
06 May 2025 Prezident müsahibə verdi
06 May 2025 Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
06 May 2025 Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul etdi - FOTOLAR
06 May 2025 Sülh oyunu Ermənistan ordusunu bitirəcək
06 May 2025 “Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video
05 May 2025 Prezident məscidlə bağlı sərəncam imzaladı
05 May 2025 Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
05 May 2025 Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı

Xəbər lenti