ABŞ-ın diqqəti: Bakı özünü çox layiqli aparır – Rusiyadan baxışABŞ heç kimlə münasibətlərini nizamlamır. Amerikaya görə, münasibət qurmaq üçün heç bir dövlətlə bərabərhüquqlu məntiq yoxdur. Vaşinqton öz istəyini yerinə yetirmək üçün başqalarına ehtiyac duyur.

Axar.az xəbər verir ki, bunu Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“Azərbaycan bu vəziyyətdə özünü çox layiqli aparır, subyektivliyini qoruyub saxlayır, xarici siyasətini ABŞ-ın maraqlarına uyğun deyil, ilk növbədə öz maraqlarına uyğun qurur. Bu gün Azərbaycan dünya siyasətinin son dərəcə mühüm mərkəzidir. Məsələn, bu gün Azərbaycan Qoşulmama Hərəkatının lideridir ki, bu da son dərəcə vacibdir. Çox ciddi xarici siyasət yeritmək üçün əlində olan rıçaqlardan istifadə edir. Buna görə də ABŞ Bakıya diqqət yetirir”, - o bildirib.

Solonnikov qeyd edib ki, Azərbaycan öz maraqlarını müdafiə xəttini inkişaf etdirməyə davam edəcək və ABŞ-ın xarici siyasət konturuna inteqrasiya etməyəcək:

“Çox güman ki, Bakı ilə Vaşinqton arasında münasibətlər ciddi şəkildə kəskinləşəcək. Bu gərginlik artacaq, lakin sonda hər şey daha böyük geosiyasi ssenarilərdən asılı olacaq. Vəziyyətə xüsusilə gələn il ABŞ-da keçiriləcək prezident seçkisi təsir edəcək. Biz çox yaxşı başa düşürük ki, ABŞ seçiciləri üçün Cənubi Qafqaz birinci prioritet nöqtəsindən uzaqdır. Ermənistanla flört həm demokratlar, həm də respublikaçılar arasında müşahidə olunacaq. Seçki keçiriləcək və çox güman ki, geosiyasi vəziyyət dəyişəcək”.
07 May 2025 Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB
07 May 2025 Səfir: Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk
07 May 2025 Rəsmi Bakıdan Hindistanla Pakistana - Çağırış
07 May 2025 Milli Məclisin xüsusi iclası keçiriləcək
07 May 2025 Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
07 May 2025 Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
07 May 2025 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
06 May 2025 Prezident müsahibə verdi
06 May 2025 Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
06 May 2025 Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul etdi - FOTOLAR
06 May 2025 Sülh oyunu Ermənistan ordusunu bitirəcək
06 May 2025 “Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video
05 May 2025 Prezident məscidlə bağlı sərəncam imzaladı
05 May 2025 Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
05 May 2025 Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”

Xəbər lenti