İrəvan Londonla anlaşdı: Britaniya ordusu gəlir? - GƏLİŞMƏErmənistanda Britaniya qoşunlarının peyda olacağından hələ ki, danışmırıq, söhbət İrəvanın təhlükəsizlik sisteminin transformasiyasından gedir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko Ermənistanla Böyük Britaniya arasında hərbi sahədə əməkdaşlıq sazişini şərh edərkən deyib.

Ekspert bildirib ki, İrəvan Qərbi Avropa təhlükəsizlik qüvvələrinin tərkib hissələrinə inteqrasiya ilə eyni vaxtda Rusiya və KTMT-nin çətirindən çıxma prosesi aparır:

“Ermənistan hazırda hərbi və hərbi-texniki əlaqələri şaxələndirir: Fransadan sonra Böyük Britaniya ilə əməkdaşlıq haqqında sənəd imzalanıb. Böyük Britaniya gizli diplomatiya üsulları da daxil olmaqla, əhəmiyyətli təsir potensialına malik ciddi oyunçudur. Xüsusən, Mİ-6-nın vəsaitlərinin istifadəsi ilə...

Təəssüf ki, bu bir şey deməkdir: Rusiyanın Ermənistanla hazırkı gərginliyin hansısa yolla həll olunacağına ümidləri özünü doğrultmur”.

Korotçenko əlavə edib ki, Ermənistan KTMT-nin zəif həlqəsidir, bu əlaqəni qoparmaq Rusiyanı zəiflətmək deməkdir:

“Bu siyasəti ABŞ, Böyük Britaniya, Fransa və bir sıra digər dövlətlər həyata keçirir”.

Qeyd edək ki, Ermənistan Britaniya ilə hərbi sahədə əməkdaşlıq barədə razılığa gəlib.
07 May 2025 Səfir: Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk
07 May 2025 Rəsmi Bakıdan Hindistanla Pakistana - Çağırış
07 May 2025 Milli Məclisin xüsusi iclası keçiriləcək
07 May 2025 Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
07 May 2025 Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
07 May 2025 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
06 May 2025 Prezident müsahibə verdi
06 May 2025 Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
06 May 2025 Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul etdi - FOTOLAR
06 May 2025 Sülh oyunu Ermənistan ordusunu bitirəcək
06 May 2025 “Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video
05 May 2025 Prezident məscidlə bağlı sərəncam imzaladı
05 May 2025 Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
05 May 2025 Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB

Xəbər lenti