Sülh sazişinin 70%-i razılaşdırılıb: bəs, 30%-də nələr var? - Ekspert danışır...Sülh müqaviləsinin imzalanmasının qarşısında həllini gözləyən iki problem var: birincisi, Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılmasıdır. Azərbaycan ekslavlarını tələb edir, ancaq prosesi uzatmaq üçün Paşinyan 4, Alen Simonyan isə 31 kəndin “işğal” altında olmasından danışır. Qərb isə bunun delimitasiya və demarkasiya mərhələsinə salınmasını istəyir. İkinci əsas problem isə delimitasiya və demarkasiyanın hansı xəritələrlə həyata keçirilməsidir.

Bu sözləri Axar.az-a Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh müqaviləsinin 70 faizinin razılaşdırıldığı haqqında açıqlaması barədə danışan siyasi şərhçi Turab Rzayev deyib.

Ekspert Azərbaycanın 8 kəndin qaytarılması bağlı konkret yol xəritəsi tələb etdiyini bildirib:

“Sülh müqaviləsinin imzalanmasının bloklanmaması üçün bəhs etdiyimiz məsələlərin sonrakı mərhələyə salınması mümkün ehtimallar arasındadır. Dövlətimiz isə burda Ermənistana qarşı iki tələb irəli sürür: məsələ ya indi həll edilməlidir, yaxud sonrakı mərhələdə Azərbaycanın xeyrinə həll olunacağına dair müsbət addım atılmalıdır. Bakı Rusiyanın xahişindən sonra 8 kənd məsələsinin 10 noyabr Üçtərəfli bəyanatdan çıxarıldığını və növbəti mərhələyə saxlanıldığına eyham vurmuşdu. Biz müharibə istəmirik. Ancaq dövlətimiz Ermənistanın sülh müqaviləsindən sonra kəndləri qaytarmaqdan boyun qaçırması ehtimalına qarşı konkret və ciddi söz, əməl tələb edir. Yəni bununla bağlı mexanizmlərin təsbit olunduğu yol xəritəsi olmalıdır. Digər tərəfdən, vasitəçilər də delimitasiya zamanı problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına təminat verməlidirlər. Yoxsa bu problemin həlli onillərlə uzana bilər”.
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı

Xəbər lenti