Ermənistan rəhbərliyi növbəti dəfə vədinə xilaf çıxıb. Riyakarcasına Azərbaycanla sülh prosesinə zərbə vuran addıma rəvac verib. Erməni mediasında yer alan xəbərlərə görə, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib. Şübhəsiz ki, Şahramanyan bu qərarı özbaşına, müstəqil qəbul edə bilməzdi və bunun arxasında baş nazir Nikol Paşinyan hakimiyyəti və havadarları dayanır. Bu bir daha göstərir ki, hakimiyyət xalqının rifahını, regionda sülh deyil, revanşizmə üstünlük verir.

Bu qərarı qəbul etməklə, Nikol Paşinyan hakimiyyəti eyni zamanda revanşistlərin əlində oyuncaq olduğunu sübut etmiş oub. Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin də gözündə oyuncaq bir dövlət olduğunu təsdiqləyib. Baş verənləri araşdırmağa çalışaq.

Birincisi, dünya gördü ki, bu ölkəyə heç bir vaxt etibar etmək olmaz. Aydın oldu ki, iki ölkə arasında sülh prosesinə gedən yolda əngəl olan tərəf Azərbaycan deyil, məhz Ermənistandır.

İkincisi, Ermənistan hakimiyyəti bu addımla bir daha sübut etdi ki, xalqına sülh, əmin-amanlıqda deyil, əbədi müharibədə görmək istəyir.

Üçüncüsü, Nikol Paşinyanın “ən ağıllı erməni”, “xalqını bataqlıqdan çıxaran lider” olması haqqında deyilənlər əsassızdır. Bu şəxs müstəqil qərar qəbul etmək iqtidarında belə deyil. Yenə xarici havadarlarının tapşırığına uyğun hərəkət edib. “Qarabağ Azərbaycana məxsusdur, heç vaxt Ermənistanın olmayıb” kimi fikirləri ilə yadda qalan bu şəxsin indi əks fəaliyyətə başlaması onun qeyri-müəyyən bir şəxs, hətta psixi problemi olduğunu bir daha göstərmiş olub.

Dördüncüsü, keçmiş qondarma qurumun yenidən gündəmə gətirilməsinin arxasında Qərb ölkələri, xüsusən də Fransanın durması şəksizdir. Məhz bu ölkə Ermənstanda revanşist qüvvələrin başında dayanır, onların maliyyələməsinə qədər bütün proseslərə dəstək verir. İrəvanın sürətlə silahlanması, onu ən müasir silahlarla təchiz etməsi də bundan xəbər verir.

Beşincisi, Ermənistan və havadarlarının bu çirkin, riyakar və məkrli planına qarşı hansı addımlar, cavab reaksiyası olmalıdır. Rəsmi Bakı hansı cavab addımları atmalıdır? İlk növbədə Qərbi Azərbaycan Respublikasının yaradılması prosesinə başlanmalıdır. Azərbaycan heç bir vaxt kiməsə qarşı ərazi iddiası ilə çıxş etməyib. Lakin ona qarşı belə bir iddia ilə çıxış edilirsə və ərazi tələbi ilə çıxış edilirsə, cavab addımları atılmalıdır. Məhz Ermənistan son addımı ilə Azərbaycanı bu prosesi sürətləndirməyə vadar etdi.

Verdiyi sözə əməl etməyən, sülh prosesinə güc verməkdənsə, havadarlaırnın sözü ilə oturub duran etibarsız dövlət statusunu möhkəmləndirmiş oldu. Forpost, müstəqil qərar qəbul etmək iqtidarında olmadığını bütün dünyaya nümayiş etdirdi. Qərbi Azərbaycan dövlətinin yaradılması da buna veriləcək ən tutarlı addm ola bilər. Bunun üçün də zəmin var. 30 il bundan öncə ğz torpaqlaırndan qovulan insanların Qərbi Azərbaycana qayıtmaq hissinin pik həddə olması, bu prosesi əsaslandıran tarixi əsas və güclü Azərbaycan Ordusu var. Revanşizmə rəvac verən qüvvələrin başı əzilməlidir və belə də olacaq.

Beləliklə, Ermənistan və havadarları bununla növbəti məkrli, xalqını fəlakətə sürükləyən nörbəti fitnəkar prosesə start vermiş oldu. Lakin anlamalıdırlar ki, keçmiş separatçı rejimi dirçəltməyə çalışılıması heç bir fayda verməyəcək. Artıq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, işğaldan azad olunan torpaqlarında sürətlə quruculuq, bərpa prosesinə start verib. Növbəti müharibə, hərbi əmliyyatların başlanması onun bir dövlət kimi yer üzündən silinməsinə gətirib çıxara bilər. Sonda diqqəti qondarma qurumun ləğvi prosesindən sonra erməni cəmiyyətində yaşanan proseslərə yetirmək istərdik. Erməni xalqı bu bir neçə ay ərzində Qarabağda yaşanan proseslərə biganə qaldı, bir dəfə də olsun aksiyası keçirmədi. Bu da bir daha göstərdi ki, xalq bir daha övladlarını başqasına məxsus torpaqlarda mənasız yerə məhv edilməsini istəmir. Ümid etmək olar ki, erməni xalqı mövqeyində qalacaq, başıboş, faşist təfəkkürlü rəhbərlərinin və onun havadarlarının planlarına qarşı çıxacaq. Hər halda bu onun yeganə çıxış yoludur.

Report.az

26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır

Xəbər lenti