Ermənilərlə SÜLH: Nə qədər realdır? - AKTUAL“Azərbaycanla Ermənistan sülhə heç vaxt bu qədər yaxın olmayıb. Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Bəzi məsələlər qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında belə deyib.

“Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək edən addımlar atır, İrəvanla Bakı arasında Sazişin bağlanması mümkündür”, - deyə Simonyan bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı zamanı Ermənistanla aparılan sülh danışıqlarını müsbət qiymətləndirib.

Ceyhun Bayramov yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid etdiyini deyib.

Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşü fonunda sözügedən optimist bəyanatların səslənməsi sülh sazişinin mətninin razılaşdırıldığına dair rəy rəy yaradır.

Xüsusilə də Prezident İlham Əliyev və Nikol Paşinyan arasında Moskvada sülh gendəliyini Rusiya Prezidentinin iştirakı olmadan, ikitərəfli formatda müzakirə etməsi diqqəti cəlb edir.

Bu isə sülh prosesini irəli aparan vacib amillərdən biri kimi çıxış edir. Ancaq bir sıra siyasi müşahidəçilər hesab edir ki, 2023-cü il başa çatdığına görə, yaxın günlərdə sülh müqaviləsinin reallaşması mümkün deyil. Bu proses 2024-cü ilə qaldığı üçün yekun sənədin nə vaxt imzalanacağı barədə dəqiq fikir söyləmək olmaz.

Politoloq Əli Mustafa “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan rəsmilərinin açıqlaması sülh danışıqlarında mühüm razılaşmaların əldə olunduğunu deməyə əsas verir:

“Ona görə də növbəti ildə sülh müqaviləsi reallaş bilər. Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında danışıqlar müəyyən bir mərhələni keçib.

Artıq iki ölkə arasında vacib məsələlərdə razılaşmaların olduğu deyilir.

Ümumilkdə, danışıqların təfərrüatı barədə məlumat verilmir. Amma bəzi xəbərlər mühüm mövzularda tərəflərin ortaq mövqeyə gəldiyini göstərir. Yəni sülh sazişlinin imzalanması mümkündür.

Sadəcə olaraq, buna zaman lazım olacaq. Mən də ehtimal edirəm ki, yeni ildə sülh sənədi imzalana bilər. Lakin həm Azərbaycan, həm də Ermənistan üçün vacib olan bir sıra məsələlərlə bağlı müzakirələr hələ davam edəcək.

Bura sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycana dəymiş zərərə görə təzminatın ödənilməsi və digər məsələlər gündəmə gələ bilər. Müharibə cinayətkarlarının mühakiməsi ilə bağlı da yəqin ki, müəyyən anlaşma var. Amma kommunikasiyaların açılması, ərazi bütövılüyünün tanınması mövzularında hesab edirəm ki, razılaşma var”.

Əli Mustafanın sözlərinə görə, Qərb və Moskva platformaları sülh prosesində əsas vasitəçi və missioner tərəf kimi tarixə düşmək istəyir:

“Eyni zamanda, vasitəçi tərəflər sülh danışıqları üzərindən özünün geosiyasi maraqlarını həyata keçirmək istəyir. Buna baxmayaraq, Azərbaycan və Ermənistan arasında müəyyən razılaşma əldə olunub.

Yəqin ki, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünün də faydası var. Sülhüm harada imzalanması isə prinsipial məsələdir. Çünki bununla bağlı Rusiya və Qərb arasında rəqabətin şahidi oluruq. Yəqin ki, sülh sazişi ənənəvi olaraq, iki ölkənin sərhəddində, ya da Gürcüstanın paytaxtı Tiflisdə imzalana bilər.

Hazırda Ermənistanın silahlanması da diqqəti cəlb edir. dünyanın müxətlif regionlarında vəziyyət gərgindir. Yeni dünya düzəninin formalaşması prosesi davam edir. Amma sülh sazişinin imzalanmasını istəyən qüvvələr də var. Bu baxımdan, Moskva görüşünün yəqin ki, faydası olacaq”.
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü

Xəbər lenti