|
2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirliyin yaradılacağı bildirilir.
Bu barədə yazan Bakupost.az saytı mənbəsinə istinadən qeyd edir ki, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq.
"Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olacağını bildirib", - deyə mətbu orqan bildirir.
Məlumata görə, nazirliyin birinci şəxsi surpriz isim olacaq.
Sayt yazır ki, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinın hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir.
Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərid Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.