Pentaqonda əmindirlər ki, Çin lideri Si Tsinpinin orduda "təmizlik kampaniyası" yaxın gələcək üçün elə də ciddi effekt verməyəcək, rəsmi Pekinə vəziyyəti xilas etmək üçün onilliklər lazım ola bilər... Raket sistemləri yararsız vəziyyətə salınmış Çinin ABŞ və Qərb qarşısında hərbi cəhətdən müdafiəsiz qaldığı bildirilir, bu nəhəng dövlətin çöküş mərhələsində olduğu iddia edilir...
Dünya supergücləri arasında beynəlxalq hegemonluq savaşı hazırda həlledici mərhələyə keçmək üzrədir. Bəzi Qərb siyasi dairələri indi cərəyan edən hərbi-siyasi proseslərin əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olduğunu vurğulayırlar. Onların fikrincə, hazırda baş verənlərin real nəticələri təxminən bir neçə ildən sonra ortaya çıxmağa başlayacaq. Və dünyanın hansı supergücün maraqları çərçivəsində idarə olunduğu dəqiqləşmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, dünyanın daha heç vaxt əvvəlki kimi olmayacağı barədə xəbərdarlıq mesajlarına bəzi nüfuzlu dövlətlərin liderləri də müəlliflik ediblər. Kreml sahibi Vladimir Putin açıq şəkildə bildirib ki, ABŞ və Qərbin əsas hədəfi Rusiyasız dünya düzəni qurmaqdan ibarətdir. Prezident Vladimir Putin onu da vurğulayıb ki, bu planın reallaşdırılması mümkün olmayacaq, çünki Rusiya buna imkan verməyəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da vaxtilə yeni dünya düzəninin qaçılmaz olduğundan danışmışdı. Pandemiya dövrünün dünyanın siyasi idarəçilik sistemini dəyişdiyini vurğulayan Türkiyə lideri Ukrayna savaşının da beynəlxalq məkanda yeni şərtlərin ön plana keçməsinə səbəb olduğuna eyham vurmuşdu. Və rəsmi Ankara yeni dünya düzənində Türkiyənin avanqard dövlətlərin sırasında yer almasına yönəlik addımların atılması ilə diqqəti çəkir.

ABŞ prezidenti Co Bayden isə yaxın 5-10 il ərzində dünyaya yeni düzən vəd etmişdi. Ağ Ev sahibi üstüörtülü şəkildə mövcud qlobal sistemin artıq öz dövrünü sona çatdırdığını və əvvəlki kimi işlək olmadığını bildirmişdi. ABŞ prezidentinin bu açıqlaması müəyyən mənada, hansısa gizli planın israrla icra edilməkdə olmasından da xəbər verirdi. Və bu gizli planın bir neçə mərhələni əhatə etdiyi isə qətiyyən artıq qətiyyən şübhə doğurmur.

Təbii ki, koronavirus epidemiyasının süni şəkildə, yəni insan zəkası ilə törədildiyi böyük ölçüdə təsdiqləndiyi üçün yeni dünya düzəni ilə bağlı gizli planın başlanğıc fazasının pandemiya olduğunu ehtimal etmək olar. Hər halda, pandemiya ABŞ-ı idarə edən "dərin güclərə" bəzi nəhəng dövlətlərin daxili resurslarını tükənmək, onların zəif yerlərini müəyyən etmək, eləcə də, dünya iqtisadiyyatında həlledici sahələri nəzarət altına almaq imkanları açdı.

Ukrayna savaşı isə ikinci mərhələ hesab olunur. Belə ki, məhz bu müharibə sayəsində keçmiş SSRİ dövründən ABŞ-ın əsas rəqibi olan Rusiyanı "savaş bataqlığı"na salmaq mümkün oldu. İndi Rusiya beynəlxalq məkanda siyasi iradə nümayiş etdirmək imkanlarından məhrum olunub. Rusiya rəsmi dairələri hazırda Kremlin "qala divarları" daxilində sıxışdırılmış vəziyyətə düşüblər. Kremlin beynəlxalq arenaya dönüşü üçün hazırda yalnız Rusiyanın öz rəqiblərinə qarşı "nüvə faktoru"ndan istifadə edəcəyi təqdirdə, mümkün ola bilər.

Ona görə də, Ağ Evdə son vaxtlar Rusiya məsələsində daha arxayın davranmaq ənənəsi də formalaşmağa başlayıb. ABŞ rəsmi dairələri Rusiyanın "nüvə faktoru"na sığınmağa cəsarət etməyəcəyinə demək olar ki, əmindirlər. Bu səbəbdən də, Ağ Ev hazırda ABŞ-ın əsas problemləri sırasında yer alan Çinlə haqq-hesab çəkmək mərhələsini ön plana çəkməyə başlayıb. Hər halda, son vaxtlar Çinin beynəlxalq məkandan sıxışdırılması, bu ölkənin iqtisadiyyatının çökdürülməsi istiqamətində müəyyən addımlar atılır. Və Çin iqtisadiyyatının təməlində yerləşən bəzi nəhəng şirkətlərin iflas təhlükəsinə yaxınlaşması rəsmi Pekinə qarşı preventiv zərbələrin effektiv olduğunu göstərir.

Ancaq Ağ Evi məmnun edən daha bir önəmli faktor mövcuddur. Belə ki, ABŞ kəşfiyyatı Çinin "axilles dabanı"nı böyük ölçüdə müəyyən etməyə nail olub. Hətta iddia edilir ki, Çin hazırda öz beynəlxalq rəqibləri ilə hərbi qarşıdurmaya belə, yetərli savaş resurslarına sahib deyil. Üstünlük, ABŞ kəşfiyyatı Çinin "axilles dabanı" barədə əldə etdiyi məlumatları Qərb mətbuatına sızdırmaqla, rəsmi Pekin üçün situasiyanın nə qədər qəliz olduğunu qabardıb.

Dünyaca ünlü "Bloomberg" agentliyi ABŞ kəşfiyyatına istinadən Çin raket sistemlərinin iddia edildiyi kimi mükəmməl olmadığını iddia edib. Həmin iddiaya görə, Çin lideri Si Tsinpin ölkənin müdafiə qabiliyyətini bərpa etmək üçün hərbi sektorda "total təmizlik" aparmaq məcburiyyətində qalıb. Əsas səbəb kimi isə Çinin hərbi sektorunu bürüyən korrupsiyanın dövlətin gələcək taleyini böyük təhlükə altına salması göstərilir. Və indi Çin ordusunun modernləşdirilməsi sona çatdırılmadığından ölkənin savaş qabiliyyəti də ciddi şübhə doğurmağa başlayıb.

ABŞ kəşfiyyatı əmindir ki, korrupsiyanın yayılma səviyyəsi Çini yaxın gələcəkdə ölkə xaricində hərbi əməliyyatlar aparmaq imkanlarından tamamilə məhrum edib. Ən önəmli məqam isə ondan ibarətdir ki, Çinin raketlərinin yanacaq əvəzinə su ilə doldurulmuş vəziyyətdə olduğu iddia edilir. Bu səbəbdən də Çinin qərb ərazilərində olan raketlərin funksianalllıqdan uzaq olduğu bildirilir. Və Çinin raket sistemlərinin hazırda həm müdafiə, həm də hücum məqsədilə istifadə edilə bilməyəcəyi vurğulanır.

Bütün bunları nəzərə alan Pentaqonda əmindirlər ki, Çin lideri Si Tsinpinin orduda təmizlik kampaniyası yaxın gələcək üçün elə də ciddi effekt vəd etmir. Mövcud vəziyyəti aradan qaldırmaq üçün rəsmi Pekinə onilliklər lazım ola bilər. Halbuki, belə uzun müddət Çinin gələcək taleyini müəyyən etmək üçün tamamilə yetərli hesab olunur. Və rəsmi Pekinin Qərbdən gələn təzyiqlər qarşısında müdafiəsiz qala biləcəyi də artıq qətiyyən istisna edilmir.

Məsələ ondadır ki, ABŞ öz əsas rəqiblərindən olan Çinin belə zəif durumundan istifadə etməyə çalışacaq. Çünki Ağ Evin rəsmi Pekinə Çin ordusunu gücləndirmək şansı tanıyacağına inanmaq sadəlövhlük olardı. Əksinə, ABŞ Çinin "axilles dabanı"nı tam dəqiqliyi ilə müəyyən etməyə nail olduğundan yaxın vaxtlarda rəsmi Pekinə qarşı hərbi-siyasi təzyiqlərin maksimum səviyyədə güclənə biləcəyi tamamilə inandırıcı görünür. Yəqin ki, ABŞ Çinin də Rusiya kimi küncə sıxışdırmaqla, yeni dünya düzənində avanqard dövlət mövqeyindən məhrum buraxmağa çalışacaq.(Yeni Musavat)

01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü

Xəbər lenti