Zəngəzur və İnkişaf Yolu dəhlizi birləşərsə... - AKTUALZəngəzur dəhlizinin açılmasının Azərbaycan üçün milli və beynəlxalq baxımdan əhəmiyyəti var. Milli baxımdan Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşir. Beynəlxalq səviyyədə isə Zəngəzur alternativlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

Bu sözləri Axar.az-a yaxın gələcəkdə Zəngəzur və Türkiyəni Bəsrə körfəzinə bağlayacaq İnkişaf Yolu dəhlizlərinin birləşməsi imkanlarından danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri professor Toğrul İsmayıl deyib.

Professor yaxın gələcəkdə sözügedən dəhlizlərin əlaqələndirilməsini mümkün və real hesab etdiyini bildirib:

“Tarixin bütün dövrlərində dövlətlər ticarət yollarına nəzarət uğrunda mübarizə aparıblar. Hazırda da biz açıq və qapalı şəkildə ticarət yolları üzərində qlobal geosiyasi mübarizənin şahidi oluruq. Zəngəzur dəhlizi də Şimal-Cənub, Şərq-Qərb marşrutunun ən önəmli nöqtələrindən biridir. Əslində Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tiflis-Qars dəmir yolu xətti var. Lakin Rusiya Gürcüstanla olan münaqişə səbəbindən ora ilə yüklərini göndərə və qəbul edə bilmir. Digər tərəfdən İranın təklif etdiyi dəhliz də sanksiyalar və təhlükəsizlik səbəbindən əlverişli deyil. Ancaq Ermənistana embarqo tətbiq edilmir və hansısa iddialarla çıxış edib ətrafındakı ölkələrə təhlükə törədəcək gücü də yoxdur. Yəni Zəngəzur dəhlizi bütün tərəflər üçün əlverişlidir. Üstəlik Ermənistan özü də buradan çox fayda götürəcək. Amma ABŞ başda olmaqla, Qərb ölkələri buna qarşıdır, çünki onlar Rusiya sərhədçilərinin bölgədə müddətsiz qalmasını istəmirlər”.

Professor bildirib ki, ABŞ ötən ilin sentyabrında Hindistanda keçirilən G-20 Zirvə Görüşündə İMEC layihəsini elan edib:

“Layihə ilə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya ticarət dəhlizinin açılması planlaşdırılır. Ona görə də Zəngəzura qarşıdırlar. Əlbəttə, ortada çox güclü rəqabət var”.

T.İsmayıl 2028-ci ilədək Türkiyə və İraq arasında 1200 km-lik İnkişaf Yolu dəhlizinin reallaşdırılması planlarına da diqqət çəkib:

“Bu çərçivədə dəmir yolu və avtomobil xətlərinin çəkilməsi ilə Türkiyə Bəsrə körfəzindəki Böyük Fav limanına çıxış əldə edəcək. Bəsrə körfəzindən başlayacaq və İraqın Divaniyə, Nəcəf, Kərbəla, Bağdad və Mosul kimi şəhərlərindən keçəcək dəhliz Türkiyə vasitəsilə Avropaya qədər uzanacaq. Körfəz ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri də dəhlizin çəkilməsində iştirak edəcək. BƏƏ-nin Azərbaycan və Ermənistanla da geniş iqtisadi əlaqələri var. Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycana rəsmi səfəri zamanı bir milyard dollar maliyyə imkanına sahib olacaq Birgə İnvestisiya Fondu yaradıldı. Fikrimcə, BƏƏ də Zəngəzur dəhlizinin açılmasında iştirak edə bilər. Bu məqamda ötən ilin noyabr ayında İraq Prezidenti Əbdüllətif Rəşidin Azərbaycan və Ermənistana səfərini xatırlatmaq istəyirəm. Zəngəzurdan həm dəmir yolu xətti, həm də avtomobil yolu çəkiləcək. Artıq Azərbaycan və Türkiyə bu istiqamətdə ciddi iş aparır. Hər iki dəhlizdə dəmir yolu xəttinin olacağını nəzərə alsaq, əlbəttə, yaxın gələcəkdə onların Türkiyə ərazisində əlaqələndirilməsi də mümkündür”.
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır

Xəbər lenti