Casus şəbəkəsi ifşa olunan bir ölkənin rəsmiləri utanmaq və susmaq əvəzinə... - RƏSMƏN BAĞIRIRLAR...Son günlər Fransa Prezidenti E.Makronun düşünülməmiş siyasəti nəticəsində dünya mediasında casus şəbəkəsinin ifşası müzakirə olunur. Qərb mətbuatı uzun illər Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunduğunu yazır. Məlum olduğu kimi, Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Nəticədə bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Heç şübhəsiz, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin bu əməliyyatı Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük iflası və biabırçılığıdır. Digər yandan, bu, Fransanın Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozması deməkdir. Casus şəbəkəsinin ifşası Fransanın təkcə Cənubi Qafqaz deyil, Afrikada da siyasətinə təsir edəcək. Görünən odur ki, Fransa xarici siyasəti özünün enişini və fiaskosunu yaşayır. Çünki Fransa təkcə nüfuz dairəsində olan kaloniyalardakı siyasətinin deyil, həm də ifrat tərəfkeşlik üzərində qurduğu xarici siyasətində də biabırçı vəziyyətlə üzləşir.

Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Fransa tərəfi baş verənlərlə bağlı izahat vermək və istintaqla əməkdaşlıq etmək əvəzinə Azərbaycan əleyhinə açıqlamalarla çıxış edir. Ekspertə görə, bu artıq bütün “qırmızı xətt”ləri, diplomatik normaları tapdayıb keçmək deməkdir:
"Fransa “qara məni basınca, mən qaranı basım” prinsipi ilə Azərbaycanın üzərinə gəlir. Fransa tərəfinin bu hərəkətləri tamamilə yersizdir. Çünki Azərbaycan heç bir beynəlxalq hüquq normalarını və diplomatik protokolu pozmayıb. Hər şey hüquq çərçivəsində baş verir. Fransa vətəndaşı Martin Rayan casusluq əməlləri törətməkdə şübhəli bilindiyinə görə həbs edilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Martin Rayanın hətta valideynləri ilə telefonla danışmaq imkanı da yaradılıb və o, atasına deyib ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır. Belə olan halda Fransa tərəfi nəyə etiraz edir? Məgər kifayət qədər təcrübəli diplomat olan Fransanın xarici işlər naziri Katrin Kolonna bilmirmi ki, onun ölkəsinin və rəhbərlik etdiyi nazirliyin hazırkı davranışı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdir? Rəsmi Parisin məntiqini başa düşmək mümkün deyil. Fransanı idarə edənlərin beynəlxalq hüquqdan xəbəri yoxdur. Casus şəbəkəsi ifşa olunan bir ölkənin rəsmiləri utanmaq və susmaq əvəzinə, həyasızlıq edirlər. Bu da əsl fransızsayağı siyasi mədəniyyətsizlikdir".
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü

Xəbər lenti