"Makron və Paşinyan Sorosun yetirmələridir" - ŞƏRHİrqçi və islamofob Fransa Senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnsə də, bir neçə aydır bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa özünü Senatın qətnaməsi ilə ovundurur. Fransa Senatının gözünü etnik və dini nifrət o qədər tutub ki, “Azərbaycanı və onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla Senat özünü lağlağı obyektinə çevirir. Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin. Bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdən “Dağlıq Qarabağ respublikası” ifadəsindən istifadə edən Senat, əslində, özü-özünü ələ salır. Azərbaycanlı müxbirin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar Azərbaycandan “Dağlıq Qarabağ Respublikasının siyasi liderləri”nin buraxılmasını tələb edir. Senat “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin. Fransa Senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir. Ermənistan da başa düşməlidir ki, Fransanın heç kimə lazım olmayan silahları ona sırıması, Avropa İttifaqının Ermənistanda baza qurması İrəvana heç bir kömək etməyəcək. Əksinə, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına mane olacaq.
Millət vəkili Asim Mollazadə deyib ki, Fransa bütün müstəmləkələrindən qovulub, uzun illər boyu sərvətlərini istismar etdiyi bir çox ölkədən uzaqlaşdırılıb. Deputat son dönəmlərdə Fransa daxilində də ciddi siyasi-iqtisadi böhran yaşandığını bildirib:

"Korsikada azadlıq mübarizəsi davam edir. Ölkədə sosial-iqtisadi problemlər artıb. Bunlar rəsmi Parisin uğursuz siyasətinin təzahürüdür. Mövcud problemləri həll edə bilməyən hakimiyyət əhalinin diqqətini başqa istiqamətlərə yönəldir. Fransa maraqlarını təmin etmək üçün özünə yeni region və müstəmləkə axtarır. Türkofobiya və islamafobiyanın güclü olduğu Ermənistan Fransa üçün ən münasib ölkədir. Ona görə də ermənilər üzərindən Azərbaycana qarşı siyasət yürüdürlər. Erməniləri də öz siyasi maraqlarına qurban edirlər".
Politoloq Zaur Məmmədov də bildirib ki, ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın arxasında Fransanın erməni narahatlığı yox, Azərbaycanda mövqe maraqları dayanıb:

“Fransada Azərbaycana qarşı kampaniya var və bunun arxasında Sorosa yaxın müəyyən qüvvələr durub. Makron və Paşinyan isə Sorosun yetirmələridir. Müəyyən qruplar erməni mövzusu altında Azərbaycana təzyiq etmək istəyindədir. Məqsəd Azərbaycana təzyiq etməkdir. Lakin Bakının prinsipiallığı qarşısında Paris öz qərəzli mövqeyindən geri çəkilməli olacaq".
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü

Xəbər lenti