ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUALHazırki mərhələdə ABŞ ilkin olaraq Ermənistana çətin relyef şəraiti olan yerlərdə istifadə etmək üçün hərbi təcili tibbi yardım maşınları göndərməyi planlaşdırır. Fikrimcə, burada əsas məqsəd siyasi şoudur.

Bu sözləri Axar.az-a ABŞ-ın Ermənistana söz verdiyi hərbi yardım haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi hansısa hərbi texnikaların Ermənistana göndərilməsinin heç nəyi həll etmədiyini, tam inteqrasiya üçün xeyli müddətin tələb olunduğunu vurğulayıb:

“Müqayisə üçün qeyd edim ki, Ukraynaya milyardlarla dollar yardımın ayrılmasına, silah-sursat və hərbi texnikanın göndərilməsinə baxmayaraq, istənilən nəticə əldə edilmir. Çünki Ukrayna ordusu NATO sisteminə tam keçməyib. Ermənistan ordusu isə onillər ərzində tamamilə Rusiya silah-sursatına, hərbi texnikasına və sisteminə inteqrasiya edilib. Yəni ABŞ yaxın gələcəkdə Ermənistana hansısa hərbi texnika göndərsə belə, bunun inteqrasiyası çox çətin olacaq. Bəhs etdiyimiz uyğunlaşmanın tam həyata keçirilməsi üçün minimum 10-15 il vaxt lazımdır. Məsələn, Azərbaycan Ordusunda NATO standartlarına keçid artıq 20 ilə yaxındır ki, başlayıb və proses davam edir. Bunun da bəhrəsini, üstünlüyünü biz 44 günlük müharibə və sonra keçirilən antiterror əməliyyatlarında gördük. Buraya peşəkar kadr hazırlığı, hərbi sahədə əsaslı şəkildə islahatlar, alınan texnika və silah-sursatın mövcud sistemə, güc strukturlarına uyğunlaşdırılması və s. daxildir. ABŞ-ın Ermənistandakı səfirinin dəstək açıqlaması isə yalnız ideoloji və təbliğat, eyni zamanda göstəriş məqsədi daşıyır. Əsas sual doğuran məsələ Vaşinqtonun İrəvandan cüzi sayda hərbi maşın və ya zirehli texnikanın qarşılığında nə tələb edəcəyidir. Cavab isə aydındır, ABŞ Ermənistandan Rusiyaya qarşı ikinci cəbhə açmasını istəyəcək. İndi Paşinyan və komandası bunun nəticələrini oturub diqqətlə fikirləşməli, götür-qoy etməlidir. Ölkəmiz üçün isə burada heç bir təhdid yoxdur, problem Ermənistan və Rusiya arasındadır”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn bir neçə gün öncə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini, hərbi müşavirlərin, eyni zamanda zirehli təcili tibbi yardım maşınlarının göndərilməsi üzərində iş aparıldığını deyib.
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto
25 Aprel 2025 “Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib

Xəbər lenti