Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...Rusiya Sülhməramlı Kontingenti Azərbaycandan vaxtından əvvəl çıxarılır. Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini, prezidentin mətbuat katibi Dmirti Peskov bu faktı təsdiqləyiblər və şərh ediblər.
Rusiya SMK-nin Qarabağdan çıxarılması haqda qərar Azərbaycanın və Rusiyanın ali rəhbərləri arasında razılaşdırılaraq birgə qəbul olunub. Bu, Rusiya hərbi bazasını, ümumiyyətlə rus qoşunlarını öz ərazisindən çıxarmağa çalışan Ermənistana da bir növ nümunə oldu. Rusiya hərbi kontingentini öz ölkəndən çıxarmaq üçün gedib Fransaya, başqalarına yalvarıb, bölgəyə gətirməyə ehtiyac yoxdur. Bu, Rusiya və Ermənistan arasında həll oluna bilən məsələdir. Ermənistan hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da rəsmən çıxmayıb. Rusiya ikitərəfli hərbi xarakterli müqavilələri də denonsasiya etməyib. Rusiya hərbi bazasının və Rusiya sərhədçilərinin Ermənistanda olmasını hüquqi baxımdan mümkün edən sazişlər də hələ qüvvəsindədir. Qalanı siyasi məsələlərdir və siyasi yolla həll oluna bilərdi. Azərbaycan aqressiv qonşusuna bir daha dərs verdi; sülh müqaviləsini də, sərhədlərin məsələsini də Bakı ilə İrəvan öz arasında birbaşa danışıqlarla, birgə qərarlarla həll edə bilər. Bunun mesajı da verilmiş oldu.

Bu qərar, bu proses - Rusiya qoşunlarının Azərbaycandan çıxarılması daxildəki skeptiklərə də bu mövzuda ayıldıcı mesajdır. Otuz illik danışıqlar zamanı skeptiklər cəmi bir məsələdə haqlı çıxdı: Ermənistan işğal etdiyi torpaqları öz xoşuna azad etməyəcək. Bunu dövlət də bilirdi. Güclü ordu quruldu. Hərbi yolla torpaqlar azad olundu. Demişdilər, prezident Əliyev bir-iki rayon ala bilsə, böyük işdir. Hamısını aldı. Deyirdilər, Şuşaya getdiyi kimi Xankəndinə də getsin. "Gedə bilməyəcək" dedilər. Amma İlham Əliyev Xankəndinə də getdi; bayraq sancdı, parad keçirdi, futbol oynadı, bayram tonqalı qaladı. Dedilər, nolsun, rus qoşunları orda qaldıqca, Qarabağ bizim sayılmaz; adı bizimdir, dadı rusun. Buyurun, bu da rus qoşunu! Qarabağdan çıxır. Həm də vaxtından qabaq.

Erkin Qədirli ağıllı oğlandır; düz deyirmiş: "Yaxşı işlər yavaş-yavaş görülür".

Amma görülən bu yaxşı işləri görmək də gərək. Neqativləri tənqid etmək normaldır. Bəs pozitivləri niyə təqdir etməyək?! Kim nə deyir-desin, tarixi hadisədir, çox ciddi uğurdur. Azərbaycanın Türkiyə və türk dünyası ilə birliyinə də doğru atılmış mühüm addımdır. Mən şəxsən təqdir edirəm.

Bahəddin Həzi,
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı

Xəbər lenti