Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!"30 ildən artıq Ermənistanın işğalçı siyasətinin girovuna çevrilmiş Qazaxın 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) Azərbaycana qaytarılması barədə Ermənistan tərəfi ilə razılıq əldə edilməsi qeydsiz-şərtsiz böyük tarixi hadisədir".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, hər şeyi qara rəngdə görməyə adət etmiş üç-beş nəfər əbədi bədbinlərimizi çıxmaq şərtilə hər kəs – bütün Azərbaycan xalqı inanırdı ki, gün gələcək, digər ərazilərimiz kimi bu kəndlərimiz də mütləq azad ediləcək:
"Çünki bu inamımızı gün-gündən daha da qüvvətləndirən inkarolunmaz amillər vardı. Ən başlıca amil isə Prezident İlham Əliyev tərəfindən aparılan ardıcıl, təmkinli və eyni zamanda qətiyyətli siyasət nəticəsində tarixi qələbələr silsiləsi üçün sarsılmaz zəminin yaradılmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra, ötən dörd il ərzində ard-arda əldə etdiyimiz uğurlarımızın, qələbələrimizin məntiqi davamı olaraq bu gün 4 kəndimizin bir güllə də atılmadan Azərbaycanın nəzarətinə qaytarılmasının təmin edilməsi barədə xəbərin sevincini yaşamağımız təbiidir. Bu mənada Qazaxdakı soydaşlarımızın da bu möhtəşəm xəbəri böyük coşqu ilə qarşılaması sözügedən kəndlərimizə yenidən sahiblənməyimizin nə dərəcədə önəmli, fövqəladə hadisə olduğunu təsdiqləyir. Ona görə də mən fürsətdən istifadə edib bütün Qazax camaatını, bütün Azərbaycan xalqını bu tarixi uğurumuz, qələbəmiz münasibətilə təbrik edirəm. Cənab Prezidentimizə isə xalqımızın milli birliyini, həmrəyliyini gücləndirməyə xidmət edən uğurlu siyasətinə görə təşəkkürümü bildirirəm. Dörd kəndimizin yenidən Ana Vətənimizə qovuşması milli həmrəyliyimizi daha da gücləndirəcək, xalqımızda öz gücünə inam hissini biraz da möhkəmləndirəcək".

Analitik qeyd edib ki, Azərbaycan və Ermənistanın bu gün heç bir kənar qüvvənin iştirakı və ya müdaxiləsi olmadan öz aralarında anlaşıb razılaşmaları və danışıqlar prosesində böyük irəliləyiş əldə etmələri həqiqətən də böyük uğurdur:
"Bu, onu göstərir ki, tərəflər arasında qarşılıqlı inam və etimad mühiti get-gedə möhkəmlənir və yekun Sülh sazişinin imzalanmasına nail olmaq üçün daha əlverişli, işgüzar atmosfer yaranır. İndi təkcə Bakı yox, artıq İrəvan da sülh üçün siyasi iradə nümayiş etdirməyə başlayır. Bu mənada aprelin 19-da iki ölkənin delimitasiya komissiyalarının Qazax rayonunun qeyri-anklav olan kəndlərinin Azərbaycana qaytarılması barədə razılığa gəlmələri heç şübhəsiz ki, sülhə doğru çox ciddi bir addımın atılması deməkdir. Bu günkü razılaşmadan sonra Cənubi Qafqazda çoxdan gözlənilən qalıcı sülhün bərqərar olacağına ümid hissləri artır. İndi ilk dəfə olaraq bütün daşlar öz yerinə oturmağa və bütün amillər yekun Sülhə doğru istiqamətlənməyə başlayır. Ümid edək ki, ABŞ, Avropa İttifaqı, Fransa və İran kimi qızışdırıcı aktorlar da bundan sonra Ermənistana pozucu təsir göstərməyə, onu revanşizmə təhrik etməyə və danışıqlar prosesini sabotaj etməyə səy göstərməyəcəklər. Ermənistanın bu köhnə-yeni havadarları heç olmasa, öz sülhməramlı kontingentini ölkəmizin ərazisindən vaxtından tez və dinc şəkildə çıxarmaqla sivil ölkə mövqeyi seçən Rusiyadan nümunə götürməli və Cənubi Qafqazda gərginlik yox, sülh yaratmaq yolunu seməlidirlər".

Ə.Hüseynov əlavə edib ki, Azərbaycanın apardığı sülh siyasətinin alternativi yoxdur:
"Azərbaycanın sülh təklifləri Ermənistan üçün də uğurlu gələcəyin başlanğıcı ola bilər. Ona görə də Qərb də bu prosesə köstək yox, dəstək olmalıdır. Və heç kim iki ölkə arasında delimitasiya, demarkasiya prosesinə təsir göstərməyə, müdaxilə etməyə çalışmamalıdır. Bu, iki ölkənin öz arasında çözə biləcəyi məsələdir. Qazaxın işğalda olan dörd kəndinin dinc yolla Azərbaycana qaytarılması barədə razılığa gəlinməsi də bu həqiqəti təsdiqləyir. Ona görə də, indi ən doğru yol Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə mane olmamaqdır. Bu gün hər kəs çalışmalıdır ki, Cənubi Qafqazda şər yox, Xeyir qalib gəlsin".
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”

Xəbər lenti